Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
9907
24.12.2020, 23:42
Prezident İlham Əliyevin dekabrın 22-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Oxu24.com xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bununla əlaqədar çağırışçılara müraciət edib:
"Əziz çağırışçılar!
Bildiyiniz kimi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı 44 günlük müharibə ərzində azad etməklə möhtəşəm zəfər tarixi yazdı. 2021-ci ilin yanvar ayından etibarən Siz qalib Silahlı Qüvvələrimizdə müddətli həqiqi hərbi xidmətə başlamaqla şərəfli Azərbaycan əsgəri kimi Vətən qarşısında borcunuzu yerinə yetirəcəksiniz.
Əlavə olaraq bildiririk ki, Sizin müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə məlumat veriləcəkdir. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda aidiyyəti üzrə gəlməyiniz zəruridir.
Çağırışçılardan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə, xüsusi karantin rejiminin tələblərinə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etmək xahiş olunur.
Hörmətli çağırışçı, “Sağlamlığını qoru və Azərbaycan əsgəri kimi şərəfli adı daşımağa hazır ol!”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.