Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44938
az

Cəbhədə döyüşmüş bu şəxslərə 1080 manat veriləcək

18:1523 Dekabr, 2020
932
HƏRBİ
  • A

“Sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə aylıq 360 manat veriləcək”.

Bunu Xəzər TV-nin “Birinci Studiya” verilişində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib. O bildirib ki, bu, hər bir hərbçiyə şamil olunacaq.

“Hərbçilərə hər ay üçün 360 manat ödəniləcək. Yəni hər bir hərbçi 3 ay üçün 1080 manat alacaq. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb”.

F.Ağamalı əlavə edib ki, dekabrdan sonra da hərbi xidmətini davam etdirən hərbçilərə hər ay üçün 360 manatın ödənilməsi davam etdiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür
Bu gün vəfat edən hərbçimizin FOTOSU
Bu ölkədə də quş qripi aşkarlandı