Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Hulusi Akardan Qarabağa gələcək hərbçilərlə bağlı açıqlama: Türk generalı olacaq...

SON DƏQİQƏ! Hulusi Akardan Qarabağa gələcək hərbçilərlə bağlı açıqlama: Türk generalı olacaq...

HƏRBİ

6886

22.12.2020, 18:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bizim heyətimiz Azərbaycandadır. Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası tamamlandıqdan sonra bizim heyətimiz orada fəaliyyətə başlayacaq”.

Oxu24.com -un  xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Ağdamda yerləşəcək Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəzdə bir türk və bir rus general olacaq.

“Bizim 30-60 nəfərlik heyətimiz ruslarla birlikdə çalışıb Dağlıq Qarabağda atəşkəsin davamlı olması üçün zəruri olan hər şeyi edəcəklər”, - deyə türkiyəli nazir vurğulayıb.