Qaynar xətt:

(+99450) 247 90 86

Ordumuzdan Laçında Ermənistana BÖYÜK ZƏRBƏ - Qarşısı alındı 

Ordumuzdan Laçında Ermənistana BÖYÜK ZƏRBƏ - Qarşısı alındı 

HƏRBİ

2434

22.12.2020, 13:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ordumuz Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusda Qarabağa gələn erməni hərbçilərin qarşısını kəsib.

OXU24.COM  xəbər verir ki, bu barədə “Mediaport” erməni teleqram kanalı yazır.

Məlumata görə, Azərbaycan hərbçiləri erməni hərbçilərin Laçın dəhlizindən keçidinə icazə verməyib.

“10 noyabr kapitulyasiya aktında əsgərlərin hərəkəti ilə bağlı heç bir müddəa yoxdur. Qarabağ Azərbaycandır, buna görə də erməni hərbçilərin orada heç bir işi ola bilməz”, – Azərbaycan hərbçiləri ermənilərə belə deyib.

Kanal yazır ki, erməni hərbçilərin olduğu 3 avtobus Gorusdakı “Sünik” (Zəngəzur) restoranının yaxınlığında gözləyirlər.

Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı Rusiya sülhməramlılarına müraciət edib, lakin sülhməramlılar bu məsələdə səlahiyyətlərinin olmadığını deyiblər. Ermənistanın hərbi rəhbərliyi də 3 avtobus dolu əsgərlərə Sünikdə gözləmək tapşırığı verib./publika.az/