Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1113
21.12.2020, 21:59
Paşinyanın planı məlumdur: Sünikdə (Zəngəzur) başlanan prosesi (Qubadlı-Zəngilan istiqamətində dövlət sərhədinin bərpası) tamamlamaq, sonra Tavuşa (Qazaxın 7 kəndi) keçmək.
Publika.az xəbər verir ki, bu barədə “Dejavü” teleqram kanalı mənbələrinə istinadən yazıb.
“Tavuşdan sonra isə Tiqranaşen (Naxçıvanən Kərki kəndi) qaytarılacaq”- mənbə kanala deyib.
Mənbə iddia edir ki, proses uğurla başa çatandan sonra plana uyğun olaraq, Türkiyə ilə münasibətlər normallaşdırılacaq, Rusiyanın 102-ci hərbi bazasından imtina ediləcək, NATO-nun qapıları açılacaq: “Bu proqram 2021-ci ilin 20 yanvar tarixindən gec olmayaraq reallaşdırılmalıdır. Nikolun planı 20 yanvar 2021-ci il tarixinə qədər hakimiyyətdə qala bilməkdir, ondan sonra türk-amerika güclərinin müdafiəsi altında olacaq”.
Bu iddianın bir neçə tərəfi var:
Birincisi, Ermənistanda hakimiyyətə qarşı siyasi mübarizədən qaynaqlanır. Bu baxımdan Rusiya bazasının çıxarılması ehtimalı kiçikdir.
Əksinə, bölgədə Bakının təklif etdiyi altılıq (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan İran və Ermənistan) platforması daha inandırıcıdır.
Bunun üçün ilk növbədə Ermənistan işğalında qalan ərazilər qaytarılmalı, Azərbaycan və Ermənistan arasında beynəlxalq səviyyədə tanınmış dövlət sərhədi bərpa olunmalıdır. Rusiya bazasının çıxarılması iddiası daha çox Paşinyan hakimiyyətini devirmək üçün Moskvadan dəstək almağa hesablanıb.
İkincisi, yanvarın 21-nə qədər bu ərazilərin – Qubadlı-Zəngilan istiqamətində pozulmuş dövlət sərhədinin bərpası, Qazaxın işğalda qalan 7 kəndinin (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) və Naxçıvanın Kərki kəndinin qaytarılması inandırıcıdır. Hazırda bu istiqamətdə proses gedir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.