Qaynar xətt:

(+99450) 247 90 86

Düşmən vahimədə: Azərbaycan bu silahı da alıbmış  -  FOTO

Düşmən vahimədə: Azərbaycan bu silahı da alıbmış  -  FOTO

HƏRBİ

2841

19.12.2020, 19:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan İsrailin “Elbit Systems” şirkətindən “SkyStriker” kamikadze pilotsuz uçuş aparatının (PUA) yeni versiyasını alıb.

Oxu24.com -un  məlumatına görə, Vətən müharibəsində geniş istifadə olunmuş yeni “SkyStriker”lər dekabrın 10-da Bakı şəhərində keçirilmiş hərbi paradda “Cobra” zirehli transportyorunun üzərində nümayiş etdirilib.

Adıçəkilən kamikadze PUA-nın ilk istifadəçisi 2018-ci ildə Azərbaycanın Dövlət Sərhəd Xidməti olub. “SkyStiriker”in təkmilləşdirilməsi də məhz DSX-nin təşəbbüsü ilə həyata keçirilib.

“SkyStriker”in 5 və 10 kq ağırlığında döyüş başlığı daşıyan iki nümunəsi var.

Yeni variantın quyruq hissəsində uçuş zamanı stabilləşməyə imkan verən X formalı quyruq sükan tətbiq olunub.

PUA-nın qanad və füzelyajının dizaynında da müəyyən dəyişikliklər edilib.