Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44535
az

"Düşmən niyyətindən əl çəkməsə, bu dəfə döyüşlər Ermənistan ərazisində baş tuta bilər" - Polkovnik

18:4018 Dekabr, 2020
665
HƏRBİ
  • A

"Bu müharibə uzun illərdən bəri gedən bir müharibədir. 30 il ərzində Ermənistanın təcavüzləri, torpaqlarımızı işğal etməsi və nəhayət 30 il sonra artıq Ermənistanın növbəti təxribatlarına bizim əks-hücum cavablarımızla torpaqlarımızın azad olunması prosesi həyata keçirildi".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, bütün torpaqlarımız tam olaraq zərərsiz hala, yaşanıla biləcək vəziyyətə gətirilənə kimi Ordumuzun bu cür əməliyyatları davam edəcək:

"Torpaqlarımızın işğaldan azad olunması prosesi sülhə məcbur etmə fazası çərçivəsində görülmüş tədbirlər idi ki, "Dəmir yumruq" əməliyyatları ilə Ordu, xalq, ölkə rəhbəri bir arada düşmən üzərində qələbə qazandı. Hazırki mərhələ torpaqlarımızın böyük əksəriyyətinin azad olunması ilə növbəti mərhələ sülhü qoruma və möhkəmlətmək fazasıdır. Və bu mərhələdə artıq Silahlı Qüvvələrimiz bölgədə anti-terror əməliyyatları həyata keçirir ki, bu da torpaqlarımızın təmizlənməsinə və mülki əhalinin rahat, firavan şəkildə yaşamasına hesablanıb.

Ötən gün Azərbaycan Ordusunun əsir götürdüyü erməni silahlıları

Təbii ki, 10 noyabr üçtərəfli bəyanatda sülhü qoruma və möhkəmlətmə prinsipləri çərçivəsində burada Rusiya, o cümlədən Türkiyə sülhməramlılarının iştirakı da nəzərdə tutulub. Amma bu gün görünən odur ki, bölgədə rus sülhməramlıları bir qədər təcrübəsiz davranırlar. Demək ki, onların bu sahədə ciddi bir təcrübəsi yoxdur. Hansı ki, bu təmizləmə əməliyyatına, bölgənin təhlükəsiz hala gətirilməsinə onların cavabdehliyi olmasına baxmayaraq Azərbaycan artıq güc strukturlarının da qüvvələrini tətbiq etməklə adıçəkilən mərhələ üzrə lazımi əməliyyatları keçirmək məcburiyyətindədir. Bölgədə Ermənistan ordusuna, o cümlədən Ermənistanın cəlb etdiyi terrorist qruplaşmalara mənsub bir sıra silahlılar artıq zərərsizləşdirilmiş vəziyyətdədirlər. Bundan sonra da bu cür əməliyyatlar davam edəcək, ta ki, bütün torpaqlarımız tam olaraq zərərsiz hala, yaşanıla biləcək hala gətirilənə kimi.

Bu gün Ermənistan silahlı qüvvələrinin elə güc və imkan qabiliyyəti yoxdur ki, bölgədə ikinci dəfə Azərbaycanla müharibə apara bilsin. 44 günlük müharibədə onlara vurulmuş zərər və onların gücünün daha da azalması mövcud anti-terror əməliyyatları ilə daha da aşağı səviyyəyə salınmaqdadır. Düşünmürəm ki, Ermənistan bundan sonra 10 il ərzində toparlanıb, 30 ildə görülmüş hazırlıqdakı səviyyəyə gələ bilə. Təbii ki, müharbə məsələsi real olarsa və onlar belə bir xətaya yol verərlərsə, növbəti səfər Azərbaycan ərazilərinə gözdikmə niyyətinə düşərlərsə, bu dəfə artıq döyüşlər Azərbaycan ərazisində yox, Ermənistan Respublikası ərazisində baş tuta bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu