Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
547
17.12.2020, 20:01
Döyüşlər başlayan anda mən bir ilin əsgəri idim. Sentyabr ayında Tərtərin Talış kəndindən başlayan döyüş yolumuz Şuşada qələbəmizi qeyd etməklə yekunlaşdı.
Oxu24.com bildirir ki, bunu Trend-ə açıqlamasında Vətən Müharibəsinin 2001-ci il təvəllüdlü iştirakçısı Amil Mütəllimov bildirib. Onun sözlərinə görə, döyüşlərin ilk günlərində Talış kəndi azad edildikdən sonra, onlarda ruh yüksəkliyi daha da artıb və ancaq irəli gediblər:
"Bildiyimiz kimi, Azərbaycan ordusu sentyabrın 27-dən uğurlu əks-hücum əməliyyatlarına başladı. Döyüşlərin ilk günündə mən və digər hərbçi yoldaşlarım Təlış kəndi ətrafındakı yüksəkliklərdə olan düşmən qüvvələrini məhv etdik. Sentyabrın 29-na kimi burada şiddətli döyüşlər getdi və oktyabrın 1-dən artıq bu ərazi bizim hərbçilərin nəzarətində idi. Talış kəndini azad etdikdən sonra qarşımıza qoyulan məqəsdlərə çatmaq üçün daha çox can atmağa başladıq, döyüş yoldaşlarımız ilə əl-ələ verib irəlilədik.
Artıq oktyabrın 3-dən başlayaraq Tərtərin Suqovuşan ətrafında olan yüksəklikləri azad etdik. Biz uğur əldə etdikcə düşmənin necə qaçdığını görürdük, onlar hərbi texnika, silah-sursat və hətta yaralılarını belə atıb qaçırdılar. Suqovuşan ətrafındakı yüksəkliklər düşmən tapdağından azad olunduqdan sonra biz artıq Ağdərəni rahat şəkildə görürdük".
A.Mütəllimov qeyd edib ki, o, öz hərbçi yoldaşları ilə Füzulinin bir neçə kəndinin də işğaldan azad olnuması uğrunda gedən döyüşlərdə iştirak edib:
"Füzuliyə gələndə ora hələ tam azad olunmamışdı. İlk tapşırğımız Dədəli kəndini azad etmək idi. Belə ki, ora strateji əhəməiyyətli yer sayılırdı. Dədəli kəndi azad olundu və bundan sonra bütün o ərazi də ordumuzun tam nəzarəti altına keçdi. Buradan da istiqamətimiz ancaq irəli idi. 44 günlük müharibənin yekununda Şuşanın Topxana meşəsinə çatdıq və orada da uğurlu əməliyyatlar aparıldı. Bu zaman ərzində 10-a yaxın kəndin və qəsəbənin azadlığı uğrunda döyüşmüşük. Qələbə günü cənab Prezidentin çıxışına qulaq asaraq bayramımızı qeyd edirdik. Çox xoşbəxt insanam ki, 19 yaşımda Allah mənə bu şərəfli yolu qismət elədi".
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.