Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
720
16.12.2020, 20:59
Vətən müharibəsində bütün xalq bir yumruq olaraq həmrəylik göstərdi. Biz ermənilərə yalnız döyüş meydanında deyil, bütün sahələrdə qalib gəldik, 30 ildir gözlədiyimiz amalı yerinə yetirdik.
Oxu24.com bildirir ki, bunu Trend-ə açıqlamasında İkinci Qarabağ döyüşlərinin iştrakçısı, xaricdə təhsil alan tələbə Qasım İbrahimov bildirib. Onun sözlərinə görə, Tovuz hadisələrindən sonra o da digər vətəndaşlar kimi Prezidentin çağırışından sonra səfərbərlik xidmətinə könüllü olaraq adını yazdırıb və sentyabr ayında döyüşlərə qatılıb:
"İyul ayında baş verən erməni təxribatından sonra hərbi komissarlığa müraciət etdim və elektron qaydada könüllülük qeydiyatından keçdim. Bir müddət sonra hərbi komissarlıqdan əlaqə saxladılar və mənimlə bağlı ətraflı məlumat aldılar. Artıq sentyabr ayında hərbi təlim məşqlərinə çağırıldım. Silahlı Qüvvələrimiz 27-si səhər saatlarından uğurlu əks-hücum əməliyyatlarına başladı, biz də Xocavənd, Ağdam rayonlarının müdafiəsinə təhkim olunduq. 44 günlük Vətən müharibəsi dövründə N saylı hərbi hissənin tank taborunda bu rayonların müdafiəsini təşkil etdik. İkinci Qarabağ müharibəsi zamanı əsgər və zabitlərimiz böyük şücaət göstərdilər, hərbi hissə komandirimiz fədakarlıq edərək yaralandı.
Döyüşlər zamanı orada sənə yaxın insan ancaq yoldaşların olur, onlar bir-birinə dostdan, qardaşdan ötədə olur. Elə bu müharibədə də mənə dostdan əziz olan döyüşçü yoldaşım yaralandı. Həkimlərimizin səyi nəticəsində o, hazırda sağdır və yaxşıdır".
Q.İbrahimov qeyd edib ki, o, İtaliyada magistr təhsili alır və Frank Şvalba Hotun 2019-cu ildə Brusselde Avropa Parlamentində asistantı olub və daim ermənilərin Azərbaycana qarşı olan yalanları ilə mübarizə aparıb:
"Mən uzun zamandır ermənilərin bütün yazılarını və tədbirlərini izləyirəm, onların bütün açıqlamalarını dinləyirəm. Bir gün məlumat aldım ki, ermənilər Brüsseldə "Armeniofobia" adlı tədbir keçirəcək. Bu tədbirə icazə aldım və orada iştrak etdim. Mənfur qonşular yenə də orada ölkəmizə və xalqımıza qarşı yalanları ilə çıxış edirdilər ki, guya onlar tarix boyu bu ərazilərdə yaşayıblar və guya ki, Bakının özü də erməni torpağı olub.
Çox səbr edərək 3 saat onların çıxışlarını izlədim və sonra sual-cavab zamanı mən də öz fikirlərimi bildirərək onların yalanlarını üzə çıxardım. Orada xarici nümayəndələr də var idi və bildirdim ki, məhz ermənilər uşaqlarını körpə yaşlarından Azərbaycan və digər türk xalqlarına qarşı nifrətlə böyüdürlər. Onların bizə qarşı olan təxribatları və bu günlərə kimə törətdikləri vəhşilikləri barədə danışdım. Sonda heç bir erməni mənim dediklərimə qarşı ciddi əks-sübut gətirə bilmədi".
Döyüşçü sonda Vətən müharibəsində arxa cəbhədə vuruşan bütün vətəndaşlara öz minnətdarlığını bildirib:
"Həqiqətən də biz böyük xalqıq və bu günlərdə hər bir azərbaycanlı öz fəaliyyəti ilə bunu sübut etdi. Həkimlər, media, güc strukturları, fəal gənclər və adi bir vətəndaşlar belə əllərindən gələni etdi. Dövlətin göstərdiyi yardımlardan əlavə biz adi vətəndaşlardan da yardımlar alırdıq və bunun üçün onlara öz minnətdarlığımı bildirirəm".
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.