Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
3483
16.12.2020, 20:08
Xankəndində döyüşlər zamanı yaralanan kəşfiyyatçımızın vəziyyəti ağırdır. Çətin əməliyyat keçirən 23 yaşlı qazimiz hazırda koma vəziyyətindədir.
Musavat.com xəbər verir ki, başından güllə yarası alan qazimiz Səbuhi Hüseynlinin anası Samirə Əhmədxanova oğlunun 50 günə yaxındır yaşamaq uğrunda mübarizə apardığını deyir.
Ananın sözlərinə görə oğlu Vətən Müharibəsinin ilk günündən Ağdam, sonradan isə Füzuli istiqamətlərində döyüşlərdə iştirak edib. Son olaraq isə Xankəndi yaxınlığındakı döyüşlərdə başından güllə yarası alıb.
"Oğlum 50 gündən çoxdur Respublika Neyrocərrahiyyə Xəstəxanasındadır. Oğluma bir leytenant kömək edib. Vəziyyəti ağır olduğu üçün həkimlər xilas edə biləcəkləri başqa yaralını aparmaq istəyiblər. Amma leytenantın təkidi ilə oğlum da xəstəxanaya çatdırılıb. Xəstəxanada əlimi buraxmaq istəmirdi. Başına sol gicgah nahiyəsindən güllə girib və sol beyninin bir hissəsini dağıdıb. Hətta güllə beyin kökünün 7 millimetr yaxınlığında olub. Oğlumun beynindən gülləni çıxarmaq üçün 8 saat əməliyyat aparıldı”.
Qazimizin anası yeganə övladı olan Səbuhinin xilas olması üçün dua edir: "İndi oğluma yaxşı baxırlar. Amma vəziyyətinin yaxşı olmaması məni narahat edir. Mənim ondan, onun da məndən başqa heç kimimiz yoxdur. Əlil arabasında olsa belə, oğlumun yanımda olmasını istəyirəm. Oğlum üçün dua edin. O mənim bu dünyada tək varlığımdır".

23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.