Qaynar xətt:

(+99450) 247 90 86

Düşməndən intiqamımızı alan şəhid İntiqam

Düşməndən intiqamımızı alan şəhid İntiqam

HƏRBİ

736

14.12.2020, 22:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Abbasov İntiqam Yavər oğludur.

O, 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köçəkli kəndində anadan olub. Ailədə 4 qardaşdan biri olan İntiqam 1985-ci ildə Sədrəddin Rəhimov adına tam orta məktəbin 1-ci sinfinə gedib və 1996-cı ildə həmin məktəbi uğurla bitirib.

1996-cı ildə hərbi xidmətə yollanan qəhrəmanımız 1999-cu ildə xidmətini başa vurub.

Uşaqlıqdan hərbiyə maraq bəslədiyi üçün 2000-ci ildən Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissəsində gizir və tank komandiri olaraq işə başlayır. Aprel döyüşlərində də böyük şücaət göstərib. Uğurları, nailiyyətləri nəticəsində 2017-ci ildə baş gizir rütbəsini alıb. Dəfələrlə diplomlar, fəxri fərmanlar və medallarla təltif edilib.

İntiqam 2000-ci ildə ailə həyatı qurub, bir qız və bir oğlan övladı var.

O, sentyabrın 29-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.