Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
546
14.12.2020, 18:30
44 günlük müharibədə elə yaralı hərbçilərimiz oldu ki, onlar gözlərindən yaralanmışdılar. Ancaq dedikləri o idi ki, "gözümə qum tökülüb, təmizləyin, qayıdım, döyüş yoldaşlarım oradadır".
Oxu24.com bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Poliklinika şöbəsinin müdiri, ümumi cərrah Səadət Aşurova bildirib. Onun sözlərinə görə, müharibə dövrü ərzində həkim heyyəti 500-ə yaxın hərbçinin həyatını xilas edib:
"Vətən müharibəsində bizim həkim personalımızın əksəriyyəti könüllü olaraq cəbhədə işləyib. Onlar arasında bir çox sahə üzrə həkimlər və professorlar olub. Onlar cəbhədə yaralılara xidmət ediblər".
S.Aşurovanın sözlərinə görə, bu gün də həmin həkimlər bəzi yaralı əsgər və zabitlərimizin müalicəsi ilə məşğuldurlar:
"Bu günə kimi 500-ə yaxın hərbçini müalicə etmişik və bəzilərinin hələ də müalicəsi davam etməkdədir. Onların içərisində ağır xəstələr, aşağı ətrafı işləməyənlər, aşağı ətrafı amputasiya olunanlar da var. Bəzi ağır travmalar alan hərbçilər də var ki, onlara rekonstruktiv müalicələr edilib. Bundan əlavə, həkimlər əsgərlərin tək fiziki deyil, o cümlədən psixi durumları ilə də məşğul olublar. Əsgərlərimizin məqsədi torpaqları geri almaq idisə, həkimlərin də işi həmin şəxsləri yenidən ayağa qaldırmaq idi. Bunun üçün Azərbaycanın böyük bir həkim ordusu var".
Şöbə müdiri əlavə edib ki, döyüşlər zamanı yaralı bir hərbçinin müalicədən sonra gəzib- gəzməyəcəyi sual altında idi. Hətta ailə üzvləri də elə bilirdilər ki, həmin şəxs artıq yeriməyəcək:
"Məhz onun özünün öz üzərində işləməsi və həkimlərin düzgün müalicəsi nəticəsində hərbçimiz artıq yeriməyə başlayıb və bu yaxınlarda ambulator müalicəyə yola salınacaq. Həkimlərimiz ona psixoloji olaraq da dəstək durdular".
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.