Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
857
08.12.2020, 20:14
Mənim atam dünyadakı ən yaxşı insan idi. O, mənim varlığım idi. Düzdür, o, indi bu dünyadan köçdü, amma hamımızın, bütün Azərbaycan xalqının qəlbində yaşayacaq. Həmişə görüntülü zəng edərdi. Bizi öpüb qucaqlayardı. Əslində, indi də öpüb qucaqlayır, amma mən bunu hiss etmirəm. Mən atamla fəxr edirəm.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Qubadan olan şəhid mayor Aqil Məlikovun doqquz yaşlı qızı Xədicə söyləyir. Xədicənin atası Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalıb. 34 yaşlı zabit düşmən üzərinə atılan ilk döyüş qruplarında yer alıb. Füzuli rayonunun dörd kəndinin azad olunmasında iştirak edib. Qaraxanbəyli kəndində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.
Atası Niyaz Məlikov bildirir ki, Aqil döyüşlər başlayan vaxt evə zəng edərək sevinclə çoxdan gözlədiyi günün gəlib çatdığını bildirib.
"Aqil Vətənini çox sevirdi. Orta məktəbi bitirdikdən sonra hüquqşünas olmaq istəyirdi. Məzun olduğu ilk il qəbul imtahanlarında az bal yığdığından hüquqşünas ixtisasına daxil ola bilmədi. Növbəti il isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olundu. Zabit kimi Vətənə xidmətə başladı. Onun haqqında ancaq xoş sözlər eşitmişəm. Sentyabrın 27-də Aqillə telefonla danışdıq. Yüksək əhval-ruhiyyədə bildirdi ki, ermənilərin müdafiə xəttini yarıb, artıq üç kəndimizi mənfur düşmənlərdən azad etmişik. Bu onunla sonuncu danışığımız oldu. Sonra şəhid olduğunu öyrəndik. Oğlumla fəxr edirəm", - deyə Niyaz Məlikov söyləyib.
Aqil Məlikov 1986-cı ildə Quba rayonun Alpan kəndində doğulub. Onda uşaq yaşlarından ermənilərə böyük nifrət formalaşıb. Çünki doğulub boya-başa çatdığı Alpan kəndi ötən əsrin əvvəllərində ermənilər tərəfindən yandırılaraq tamamilə məhv edilib, sakinləri isə soyqırımına məruz qalıb. Aqil Məlikov 100 il sonra yurdunun qisasını ermənilərdən alaraq şəhidlik zirvəsinə ucaldı. Döyüş yoldaşlarının söylədiyinə görə Aqil şəhid olanadək düşmənin üzərinə yeriyib, onlarla erməni döyüşçüsünü məhv etməyi bacarıb.
Şəhidin anası Sara Məlikova bildirib ki, Aqil on il əvvəl ailə həyatı qurmuşdu. İndi 5 yaşındakı oğlu Süleyman və 9 yaşlı qızı Xədicə ondan yadigarıdır.
Aqil Aprel döyüşlərinin də iştirakçısı olub. Xidməti ərzində bir neçə dəfə medallarla təltif edilib. Müdafiə naziri Zakir Həsənov ona şəxsən qol saatı hədiyyə edib. Mayor rütbəsi aldığını isə ailəsi Aqil şəhid olduqdan sonra öyrənib.
Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan mayor Aqil Məlikov Alpan kənd qəbiristanlığında dəfn olunub.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.