Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
546
08.12.2020, 18:09
Hərbçi yoldaşları deyirdilər ki, hələ müharibə başlamazdan əvvəl keçirilən təlim kurslarında iştirak etmək istəməyib ki, birdən müharibə başlayar, mən də təlimlərdə olaram, iştirak edə bilmərəm. O, hərbi xidmətini də öz istəyi ilə ön cəbhədə çəkib. Amma həmişə deyirdi ki, mən burada qisasımızı ermənilərdən istədiyim kimi ala bilmirəm. Hər zaman müharibənin başlanılmasını, orada iştirak etməsini istəyirdi.
Milli.Az bildirir ki, bunu Trend-ə 33 yaşlı şəhid Şəhriyar Abdullayevin qardaşı Tural Abdullayev deyib.
Onun sözlərinə görə, qardaşı hərbi xidmətini başa vurduqdan sonra atası onun polis orqanlarında işə düzəlməsini istəyib. Ş.Abdullayev sənədlərini verdikdən sonra polis orqanlarına işə qəbul olsa da, son anda fikrindən daşınır:
"O, atamdan xəbərsiz sənədlərini götürüb Xüsusi Təyinatlı Qüvvələrə qəbul üçün verdi. XTQ-yə qəbul oldu və 2012-ci ildən orada gizir kimi çalışmağa başladı".
T.Abdullayev qeyd edib ki, qardaşı Ş.Abdullayev 2016-cı il Aprel döyüşlərində də fəal iştirak edib. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə general-leytenant Hikmət Mirzəyev tərəfindən medal və diplomla təltif edilir.
Qardaşının II Qarabağ müharibəsinin başlanıldığı ilk gündən döyüş bölgəsinin qaynar nöqtələrində vuruşduğunu deyən T.Abdullayev qeyd edib ki, qardaşı Murov yüksəkliyinin, Füzulinin, Hadrutun ermənilərdən geri alınmasında çox fəal iştirak edib. O, Hadrut alındıqdan sonra buradakı yüksəkliklərdə aparılan döyüşlərdə qəhrəmancasına həlak olub:
"Döyüş yoldaşları deyirdilər ki, oktyabrın 9-10-da 50-dən çox ermənini məhv edib. Oktyabrın 10-da isə ermənilərin atdığı snayper nəticəsində başından yaralanaraq həlak olub".
Qeyd edək ki, T.Abdullayev ailəli olub. Onun 4 və 5 yaşlarında iki qız övladı var.

23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.