Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
858
07.12.2020, 20:41
"Azərbaycanın sərhədləri bərpa olunduqdan sonra Ermənistanda baş verən proseslər bizi o qədər də maraqlandırmamalıdır. Çünki bu, artıq qonşu ölkədə baş verən siyasi proseslərdir”.
Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfuqarov Azərbaycanla Ermənistan arasındakı münasibətləri Qaynarinfo üçün şərh edərkən bildirib.
"Azərbaycan beynəlxalq sərhədlərini, yəni Ermənistanla olan sərhədlərini tam şəkildə nəzarətə götürüb. Qısa bir müddətdə Ermənistan ordusu tam şəkildə Azərbaycan ərazisini tərk edəcək. Bu, sülhməramlıların məqsədlərindən biridir. Bu məsələ birgə bəyannamədə açıq şəkildə göstərilir. Ermənistan bir dövlət olaraq bu münaqişədə işğalçı, etnik təmizləmə, anneksiya siyasətindən Azərbaycan tərəfdən tam məhrum olunub. İndi isə onların davranışlarından asılı olaraq, əlbəttə ki, mən siyasi davranışları nəzərdə tutaram, bəzi aktual məsələlərin həll olunması üçün mövzular mövcuddur. Belə ki, sərhədboyu təhlükəsizliyin təmin olunması – burada beynəlxalq sərhədlər nəzərdə tutulur. Birgə bəyannamədə tələb olunan məsələlərin həll edilməsi – Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən dəhlizin yaradılması. Ortada digər məsələlər də ola bilər.
Azərbaycanda yaşayan erməni mənşəli insanlarla bağlı da siyasi proses baş verməlidir. Onun əsas məqsədi artıq bəllidir - Azərbaycanın suverenliyini bu ərazilərdə tam şəkildə bərpa etmək. Daha sonra orada olan qeyri-qanuni hərbi birləşmələr tərk-silah olunmalı və ardıcıl şəkildə suverenliyə aid məsələlər bərpa edilməlidir. Belə məsələlər çoxdur. Bunların arasında təhsil, pul dövriyyəsi və s. məsələlər var ki, xüsusi şəkildə təmin olunmalıdır. Yəni, Ermənistanla sülh müqaviləsinin bu mövzulara heç bir dəxli olmamalıdır. İndidən yeni bir mərhələ başlayıb. Yəni, Qarabağda olan məsələlər Azərbaycanın daxili məsələləsidir və onun suveren hüquqları çərçivəsində həll olunacaq.
Hesab edirəm ki, sərhədlər (Azərbaycan – Ermənistan sərhədləri ) bərpa olunduqdan sonra Ermənistanda baş verən proseslər bizi o qədər də maraqlandırmamalıdır. Çünki artıq bu, qonşu ölkədə baş verən siyasi proseslərdir. Azərbaycan ordusu öz gücünün hesabına Ermənistanın işğalına son qoyub. Və Ermənistan indi qonşu ölkələrdən biridir. Bu, artıq Ermənistanın və xalqının seçimidir. Onlar hansı siyasəti seçəcək: Qonşularla normal münasibətləri qurmaq, yoxsa yenə də düşmənçilik siyasəti aparmaq. Azərbaycan isə Ermənistanın istənilən seçiminə hazırdır”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.