Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
903
06.12.2020, 22:49
“Oxu24.com” xəbər verir ki, 1998-ci ilin noyabrın 24-də Goranboyun Dəliməmmədli kəndində anadan olan Ələs müharibə başlayanda 3 ay idi ki, müddətdən artıq hərbi xidmətdə işə başlamışdı.
Yaxınlarının bildirdiyinə görə, hərbiçi olub Vətənə xidmət etdiyi üçün çox sevinirmiş.
Hərbi formada çəkilmiş ilk fotosunu anasına gətirib və belə deyib:
“Mama bu şəkilə yaxşı bax, qoy bir yerə saxla. Nə zaman şəhid olsam bunu qəbrimin üstünə vurarsınız”.
Döyüşlər başlayanda Goranboy şəhəri Hərbi Komissarlığından yola düşüb. Sonra bir neçə dəfə ailəsi ilə danışıb. Amma sonra heç bir səs-soraq olmayıb. Ailəsinin dediyinə görə, Ələslə son dəfə Kəlbəcərdə olanda danışıblar. Deyib ki, “ana narahat olmayın, düşmənin anasını ağladırıq”. Sonra bir daha ondan xəbər almaq mümkün olmayıb.
1 aydan sonra - ad günündə şəhid olması xəbəri ilə tabutu gəlib evinə. Həmin gün də torpağa tapşırılıb.
Döyüşçü yoldaşlarının bildirdiyinə görə, Ələs çox hörmət qazanmışdı. Komandir ona daha çox inanırdı və hər dəfə “mənə nəsə olsa sən topla əsgərləri deyirdi”. Komandir döyüşlərin birində şəhid olub. Ondan sonra əsgərləri Ələs idarə edib. Onun rəhbərliyi ilə xeyli irəliləyiblər.


10:12 / 15 Noyabr 2026
13
09:35 / 15 Noyabr 2026
204
07:35 / 15 Noyabr 2026
96
05:50 / 15 Noyabr 2026
111
01:35 / 15 Noyabr 2026
131
01:10 / 15 Noyabr 2026
144
23:59 / 14 Noyabr 2026
334
23:51 / 14 Noyabr 2026
185
23:47 / 14 Noyabr 2026
201
23:33 / 14 Noyabr 2026
168
23:23 / 14 Noyabr 2026
498
23:16 / 14 Noyabr 2026
165
23:05 / 14 Noyabr 2026
686
23:01 / 14 Noyabr 2026
525
22:28 / 14 Noyabr 2026
1347
22:19 / 14 Noyabr 2026
169
21:55 / 14 Noyabr 2026
173
21:32 / 14 Noyabr 2026
196
21:22 / 14 Noyabr 2026
277
21:11 / 14 Noyabr 2026
1168
21:04 / 14 Noyabr 2026
1257
21:02 / 14 Noyabr 2026
178
20:56 / 14 Noyabr 2026
1037
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.