Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
4296
03.12.2020, 10:51
Bir neçə gün öncə baş kəşfiyyatçı Elxan Maarif oğlu Hüseynovun morqda ayılması xəbərinii vermişdik.
Oxu24.com xəbər verir ki, onun Şuşa və digər işğalda olan torpaqlarımızın azad olunmasında əvəzsiz xidmət göstərdiyini, döyüş tapşırığını həyata keçirən zaman snayper atəşi nəticəsində başından yaralanandığını, şəhid olduğu güman edilərək əsgər yoldaşları tərəfindən morqa aparıldığını izləyicilərlə bölüşmüşdük.
2 gün morqda qaldıqdan sonra Elxanın xırıltısının gəldiyi və onun sağ olduğu aşkarlanmışdı.
Sonxeber.az hazırda komada olan əsgərimizin valideynləri ilə əlaqə saxlayıb. Elxanın anası Sevil Xəlilova olanları, həmçinin Elxanın son vəziyyəti barədə məlumatları qısa olaraq bölüşüb:
"Elxan bu gün 23- cü gündür ki, komadadır. Keçən ayın 19-dan Elxanı axtarırdıq. Mən Elxanın çənəsində xalı olduğunu dedim və beləcə biz onu tapdıq. Tanınması üçün öncə onu mənə göstərdilər.
Elxan Şuşada xidmət edib. Başından snayperlə vurulub. Yaralı vəziyyətdə olduğundan, onun öldüyünü zənn edib, morqa aparıblar. Övladlarının nəşini aparmağa gələn valideynlər meyitlərin arasında Elxanın "xırıldadığını" görüblər. Bundan sonra onun yaşaması barədə xəbər ediblər. İki gün morqda qalan Elxanı götürüb xəstəxanaya aparanda maşın yolda minaya düşüb. Bu zaman o daha da ağır yaralanıb.
Komada ola-ola həkimlər məni çağırdılar ki, balanı çağır. Mən dedim ki, Elxan anan gəlib. Bu sözə reaksiya olaraq xəstəxanada əlimi sıxdı. Ondan sonra reaksiyası olmayıb.
Həkimlər irəliləyişin olacağını deyiblər.
Bildirim ki, Elxan morqda tapılandan sonra 3 dəfə əməliyyat olub. Başından çirk gəldiyinə görə yenidən əməliyyata girib.
Hazırda Elxan Bakı şəhərində reanimasiyada yatır. Qeyd edim ki, digər bir oğlum da Şuşada hərbi xidmətdədir ".



12:11 / 15 Noyabr 2026
4
11:52 / 15 Noyabr 2026
84
11:43 / 15 Noyabr 2026
56
11:29 / 15 Noyabr 2026
73
11:20 / 15 Noyabr 2026
73
11:20 / 15 Noyabr 2026
77
11:10 / 15 Noyabr 2026
73
11:07 / 15 Noyabr 2026
425
10:50 / 15 Noyabr 2026
86
10:25 / 15 Noyabr 2026
240
10:21 / 15 Noyabr 2026
96
10:18 / 15 Noyabr 2026
93
10:12 / 15 Noyabr 2026
122
09:35 / 15 Noyabr 2026
461
07:35 / 15 Noyabr 2026
153
05:50 / 15 Noyabr 2026
149
01:35 / 15 Noyabr 2026
160
01:10 / 15 Noyabr 2026
177
23:59 / 14 Noyabr 2026
369
23:51 / 14 Noyabr 2026
198
23:47 / 14 Noyabr 2026
215
23:33 / 14 Noyabr 2026
176
23:23 / 14 Noyabr 2026
546
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.