Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
979
02.12.2020, 23:38
O, Şuşa şəhərinə ilk daxil olan Xüsusi Təyinatlı Qüvvələrin döyüşçülərindən biridir. Avtomatlarla küçə döyüşlərində döyüşən, "RPG-7”lərlə düşmən zirehli texnikalarını vuraraq partladan 100 nəfərlik dəstənin üzvü olub.
"Qafqazinfo”nun əməkdaşları bu gün Vətən Müharibəsi qazisi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı zabiti Samir Baxşəliyevlə görüşərək Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərlə bağlı söhbətləşib.
S.Baxşəliyev deyir ki, sentyabrın 28-dən təlimlərə cəlb edilib və Hadrut uğrunda döyüşlərdə iştirak edib. Daha sonra Hadrutdan Füzuli şəhəri istiqamətində hücuma keçiblər, orada pusquya düşsələr də, döyüşərək düşmən əsgərlərini məhv edib və pusqudan çıxıblar.
Bundan sonra isə onlar Şuşa şəhərini işğaldan azad etmək üçün yola çıxıblar. Yolun bir qədər hissəsini maşınla getsələr də, bir yerdən sonra piyada davam etməli olublar. Çünki həm ərazinin relyefi, həm də onlar üçün komandanlığın müəyyən etdiyi marşrut avtomobillə hərəkət üçün uyğun deyildi. Samir və döyüş yoldaşları beş gün, beş gecə piyada yol gedərək Şuşaya istiqamətləniblər.
Həmin vaxt Şuşaya qədər bütün ərazilər işğaldan azad edilmədiyi üçün onlar ermənilərin nəzarətində olan yerlərdən keçiblər. Lakin yüksək peşəkarlıqla hazırlanmış hərəkət zolağı və təcrübəli bələdçi sayəsində onlar yol boyu heç bir erməni hərbçisi ilə rastlaşmayıblar. Dağlar və meşələrlə gedərək Şuşanın ətrafına çıxıblar.
Samir deyir ki, xüsusi təyinatlı zabit olan bələdçinin seçdiyi yerlərə heç ermənilər ömrü boyu ayaq basmayıblar. Şuşanı azad etmək üçün 400 xüsusi təyinatlı ayrılıb və döyüş tapşırığı ilə yola çıxıblar. Onlar 100 nəfərlik dəstələrə bölünərək Şuşaya 4 fərqli istiqamətdən hücuma keçiblər. Bir dəstə Laçın dəhlizindən Şuşaya girişdə dayanaraq ermənilərin əlavə canlı qüvvə və silah gətirməsinin qarşısını alıb. Digər dəstə Daşaltını aldıqdan sonra həmin istiqamətdə Şuşaya zərbələr endirib. Digər XTQ döyüşçüləri isə şəhərin arxa tərəfinə, sıldırım qayalar olan hissəyə gedərək qalaya dırmanıblar. Ermənilər həmin istiqamətdən hücum olacağını ağıllarını gətirmədikləri üçün sıldırım qayaların üzərinə ağır texnika yerləşdirilməyib.
Samir Baxşəliyev bildirir ki, Şuşaya daxil olduqdan sonra avtomatlarla 20 metrlik məsafədən erməni hərbçiləri ilə döyüşüblər. Lakin erməni silahlı qüvvələri 3 minlik canlı qüvvə ilə xeyli sayda zirehli texnika və dronları da döyüşə cəlb ediblər. Azərbaycanın cəsur XTQ mənsubları "RPG-7” silahları ilə düşmənin tank və BMP-lərini məhv edib. Lakin tankın atəşlərindən biri Samir Baxşəliyev və iki döyüşçü dostunun olduğu səngərə düşüb. Bu zaman Samir hər iki ayağından qəlpə yarası alıb, sol budundan qəlpə sümüyü sındıraraq digər tərəfdən çıxıb. Sağ ayağında isə diz oynağına girən qəlpə hələ də çıxarılmayıb. Həkimlər bildirib ki, qəlpəni çıxarmaq Samirin həmin qəlpə ilə gəzməsindən daha təhlükəlidir.
Bu zərbə nəticəsində bir XTQ mənsubu şəhid olub, digəri isə əl barmaqlarını itirib. Daha sonra döyüş yoldaşları Samiri oradan çıxararaq Şuşa qalasının yaxınlığında yerləşən villaya aparıblar. Samir 3 gün orada qalaraq döyüşlərin səsini izləyib. Noyabrın 8-də Şuşa tam olaraq işğaldan azad edildikdən sonra noyabrın 9-da onlar təxliyyə edilərək müalicə olunublar.
i


12:36 / 15 Noyabr 2026
1
12:28 / 15 Noyabr 2026
43
12:11 / 15 Noyabr 2026
61
11:52 / 15 Noyabr 2026
119
11:43 / 15 Noyabr 2026
64
11:29 / 15 Noyabr 2026
81
11:20 / 15 Noyabr 2026
79
11:20 / 15 Noyabr 2026
85
11:10 / 15 Noyabr 2026
80
11:07 / 15 Noyabr 2026
499
10:50 / 15 Noyabr 2026
91
10:25 / 15 Noyabr 2026
246
10:21 / 15 Noyabr 2026
100
10:18 / 15 Noyabr 2026
97
10:12 / 15 Noyabr 2026
126
09:35 / 15 Noyabr 2026
477
07:35 / 15 Noyabr 2026
179
05:50 / 15 Noyabr 2026
150
01:35 / 15 Noyabr 2026
161
01:10 / 15 Noyabr 2026
182
23:59 / 14 Noyabr 2026
374
23:51 / 14 Noyabr 2026
199
23:47 / 14 Noyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.