Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
13582
27.11.2020, 21:47
“Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda böyük tarixi Qələbə ilə hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsini hələ uzun illər xatırlayacaq. “Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşında igid, mərd, qəhrəman oğullarımızın göstərdikləri şücaətlər, qəhrəmanlıqlar hələ uzun müddət dillərə dastan olacaq. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti, şanlı Azərbaycan Ordusunun qüdrəti, şəhidlərimizin, yaralı hərbçilərimizin qanı bahasına əldə etdiyimiz tarixi Qələbə, böyük Zəfər bizə mənliyimizi, kimliyimizi qaytarmaqla yanaşı, Azərbaycan dövlətinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. 30 ilin həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu. Azərbaycanın dilbər guşələri olan rayonlarımız düşmən tapdağından azad edildi. Biz əminik ki, Qazaxın düşmən tapdağı altında olan yeddi kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri də tezliklə işğaldan azad olunacaq və digər soydaşlarımız kimi biz də öz doğma yurd-yuvamıza qayıdacağıq”.
Bu gün bu fikirlər Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan sakinlərlə keçirilən görüşdə səslənib.
Qələbə sevincini işğal altında olan kəndlərin sakinləri ilə bir daha bölüşən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qarabağın azad olunması münasibətilə hər birini təbrik edib, xoş arzularını çatdırıb.
İcra başçısı 10 noyabrda imzalanmış Bəyanatda da qeyd edildiyi kimi Qazaxın işğal altında olan yeddi kəndinin də mütləq azad olunacağını bildirib. Kəndlərimizin azad olunması ilə bağlı heç bir narahatlığın olmadığını, işğaldan azad olunan torpaqlarımızda olduğu kimi, Qazaxın həmin kəndlərində də yaxın bir zamanda üçrəngli bayrağımızın dalğalanacağını qeyd edib.
İcra başçısı bir daha bu şanlı zəfəri bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə isə şəfa diləyib. Ali Baş Komandana, ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə bir daha sonsuz minnətdarlığını çatdırıb.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.