Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42757
az

Son dəqiqə! Rusiya Qarabağla bağlı rəsmi açıqlama yaydı

14:2027 Noyabr, 2020
2669
HƏRBİ
  • A
Qarabağda müşahidə olunan müsbət tendensiyalar Dağlıq Qarabağ nizamlanmasında Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, həftə ərzində Dağlıq Qarabağda vəziyyət sabitləşməyə davam edib: “Atəşkəsin pozulması və Rusiya sülhməramlı kontingentinə qarşı təxribat qeydə alınmayıb. Üçtərəfli Bəyanatın əsas müddəalarının icrasını heç bir ciddi insident olmadan təmin etmək mümkün olur. Qeyd olunan müsbət tendensiyalar Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur. Hazırda tərəflər üçtərəfli bəyanatın müddəalarını praktikada tam şəkildə həyata keçirirlər”. Rusiya XİN rəsmisi daha sonra Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun ötən həftə ərzində Dağlıq Qarabağla bağlı təmasları haqqında məlumat verib. M. Zaxarova noyabrın 21-də Rusiya qurumlararası nümayəndə heyətinin Bakı və İrəvan səfərləri barədə danışıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada heç bir ABŞ raketi olmayacaq...
HDQ kursantları tapşırıqlar icra ediblər - VİDEO
Amerika yeni lazer silahları hazırlayır