Ermənistan Ağdərə istiqamətindəki hərbi bölmələrinin dağıdıldığını etiraf edib.
“Azadlıq” radiosuna danışan Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan dünən Suqovuşan istiqamətində yerləşən meşələrdən 2 erməni hərbçisinin tapıldığını bildirib. O, bu hərbçilərin 10 gündür meşədə yaşadığını deyib.
Qeyd edək ki, Ovannisyan bundan öncə dəfələrlə Azərbaycanın Talış və Suqovuşan kəndlərini ələ keçirmədiyini, erməni hərbçilərinin geri çəkilmədiyini açıqlamışdı
Oxu24.com
ŞƏRHLƏR