Qaynar xətt:

(+99450) 247 90 86

Müdafiə Nazirliyi: Düşmənə vurulan zərbələrin əksəriyyətinin çəkilişi aparılıb

Müdafiə Nazirliyi: Düşmənə vurulan zərbələrin əksəriyyətinin çəkilişi aparılıb

HƏRBİ

468

18.07.2020, 18:10

"Biz baş verən hadisələrlə bağlı sistemli şəkildə cəmiyyətə məlumatlar çatdırırıq. Düşmən tərəfi isə məlumatları gizlədir”.

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Müdafiə Nazirliyi Azərbaycanın itkiləri ilə bağlı məlumatların verilməsinin tərəfdarıdır:

"Hadisələr zamanı ermənilər 100-lərlə itki verib. Düşmənə qarşı keçirilən hər bir cəza tədbirlərinin və onlara vurulan zərbələrin əksəriyyətinin videoçəkilişlər, PUA-lar və digər texniki vasitələrlə çəkilişi aparılıb”.