Qaynar xətt:

(+99450) 247 90 86

Şəhid general-mayor II Fəxri xiyabanda dəfn olunacaq - RƏSMİ

Şəhid general-mayor II Fəxri xiyabanda dəfn olunacaq - RƏSMİ

HƏRBİ

1167

14.07.2020, 17:10

Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov sabah torpağa tapşırılacaq.

Oxu24.com  xəbər verir ki, bu barədə "oxu.az"a Müdafiə Nazirliyindən məlumat daxil olub.

Bildirilib ki, Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.