600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq
16 Noyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1361
12.07.2020, 22:35
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
xxx
17:25
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
xxx
16:17
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Hər iki tərəfdən itki var.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
16:51 / 17 Noyabr 2026
82
16:34 / 17 Noyabr 2026
99
16:29 / 17 Noyabr 2026
88
16:21 / 17 Noyabr 2026
101
16:12 / 17 Noyabr 2026
94
15:57 / 17 Noyabr 2026
104
15:43 / 17 Noyabr 2026
108
15:12 / 17 Noyabr 2026
126
15:07 / 17 Noyabr 2026
113
14:52 / 17 Noyabr 2026
121
14:35 / 17 Noyabr 2026
147
14:15 / 17 Noyabr 2026
119
14:02 / 17 Noyabr 2026
154
13:57 / 17 Noyabr 2026
148
13:45 / 17 Noyabr 2026
160
13:24 / 17 Noyabr 2026
141
13:22 / 17 Noyabr 2026
189
12:58 / 17 Noyabr 2026
167
12:55 / 17 Noyabr 2026
167
12:43 / 17 Noyabr 2026
163
12:25 / 17 Noyabr 2026
155
12:05 / 17 Noyabr 2026
866
11:58 / 17 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.