Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərərkən böyük itki verib.
Oxu24.com xəbər verir ki, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri yazıblar.
Belə ki, bu gün qeydə alınan toqquşma zamanı erməni tərəfinin 30 əsgərini itirməsi bildirilir.
Ermənistanın Müdafiə Nazirliyi itkilərin olması barədə məlumatı gizlətsə də, yerli əhali bu barədə sosial şəbəkədə yazmağa başlayıblar.
İstifadəçilərin bəzisi 28, bəziləri isə 30 erməni əsgərinin öldürülməsini yazıblar.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Oxu24.com
ŞƏRHLƏR