Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3160
az

“Dördgünlük savaş”la bağlı ağlasığmaz BİABIRÇILIQ: xalası Azərbaycana gələn əsgərlə... - ŞOK

18:0625 İyun, 2018
4681
HƏRBİ
  • A
2016-cı ilin “aprel müharibəsi” zamanı Ermənistan ordusunda baş verən biabırçılıqların üstün tədricən açılır.

Publika.az
 xəbər verir ki, Ermənistan mediası erməni əsgərlərin hər ay ailələrindən 5000 dram (10,4 dollar) yemək pulu istədiklərini yazıb.

“Aprel müharibəsi” zamanı xidmət edən erməni əsgərin xalası “Epress” saytına yeni faktlar açıqlayıb.

Erməni əsgərin sayta danışan xalası təhlükəsizlik üçün adını açıqlamır, lakin üzləşdikləri faktları dilə gətirir.

Erməni qadın deyir ki, ali təhsilli olan bacısı oğlu hərbi xidmətə Oktemberyan rayonunda başlayıb: “Sonra onu Qarabağdakı hərbi hissələrin birinə göndərdilər və köçürmədən 10 gün sonra “aprel müharibəsi” başladı. Onu da döyüşə saldılar. Halbuki, bizim xəbərimiz yox idi. Elə bilirdik ki, Oktemberyan rayonundadır, çünki yeni əsgərlərin 6 aylıq xidməti tamam olmamış döyüşə göndərməməlidirlər. Müharibə günlərində biz onun hərbi hissədə olduğunu düşünürdük”.

Onun sözlərinə görə, aprelin 2-də bir qrup əsgərlə birlikdə qohumunu da hansısa bir kəndə aparıblar.

“Aprelin 2-də onu vaxtilə tutulmuş Azərbaycan kəndlərindən birinə aparıblar. Kəndin adını xatırlamıram. Orada bir il yarım qaldı və daha hərbi hissəyə qayıtmadı. Kəndə 15 nəfərdən ibarət qruplar göndərmişdilər. Hamı inanırdı ki, müharibə yenidən başlayacaq, ona görə də onları həmin kənddə saxlayırdılar. Onlar tanklarda yatırmışlar, sonradan vaxtilə azərbaycanlıların yaşadığı, sonradan dağılmış evlərin daşlarından qalmaq üçün yer tikiblər. Yemək yox imiş, çayda çimirlərmiş. Evə gələndə danışırdı ki, bir il yarım işıq üzü görməyiblər”, - deyə erməni qadın danışır.

Erməni əsgər əvvəlcə ailəsindən bağlama göndərmələrini, daha sonra isə 5000 dram pul xahiş edib. Ailəsi səbəbini soruşanda bildirib ki, onlara yemək verilmir, buna görə də əsgərlər yemək üçün aralarında pul toplayırlarmış. Ailələr pulu əsgərlərə nəzarət edən kapitanın bank hesabına köçürüblər.

“Tərxis olunanda isə əsgərdən 15000 (30 dollar) dram pul tələb ediblər. İddia ediblər ki, guya əsgərlər tankdan benzin oğurlayıb, satıblar. Tələb etdilər ki, pulu verməsək, əsgəri tutacaqlar. Halbuki, onlar kənar insanları görmürdülər, şəhərə gəlmirdilər, bəs benzini oğurlayıb kimə satıblar?! Əslində zabitlər özləri satıb, pulunu da əsgərlərdən toplayıblar, ya da sadəcə bəhanə edib əsgərləri soyublar. Biz onda bilsəydik ki, ölkədəki rejim dəyişəcək, onda banklardan verilən qəbzləri saxlayardıq və bu gün əlimizdə sübutlar olardı”, - deyə o qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar
Hərbi xidmətlə bağlı MÜHÜM AÇIQLAMA

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin