SON DƏQİQƏ! Müdafiə Nazirliyi MƏLUMAT YAYDI
05 Aprel 2026, 18:14
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1307
09.12.2019, 14:08
Ermənistan parlamenti 2016-cı ilin aprel döyüşlərinin məğlubiyyət səbəblərini araşdıran müvəqqəti komissiyanın fəaliyyət müddətini bir il uzatmaq istəyir.
Oxu24.com “Lragir”ə istinadən xəbər verir ki, bunu komissiyanın sədri Andranik Koçaryan bildirib.
Onun sözlərinə görə, 6 aylıq fəaliyyət müddətində 10 hərbçi dindirilib, 21 iclas keçirilib.
Komissiya sədri deyib ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan da daxil omaqla daha 40 nəfəri dindirmək istəyirlər. Andranik Koçaryan bütün məsələlərin araşdırılması üçün komissiyanın fəaliyyətinin daha 6 ay uzadılmasını istəyib.
Xatırladaq ki, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər cəbhə xəttində atəşkəsi intensiv pozublar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprelin 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.
Həmçinin oxuyun
(Aprel döyüşlərinin hücum videosu)
Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən Aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
12:25 / 09 Aprel 2026
9
12:00 / 09 Aprel 2026
34
11:50 / 09 Aprel 2026
35
11:48 / 09 Aprel 2026
43
11:20 / 09 Aprel 2026
42
11:16 / 09 Aprel 2026
67
11:05 / 09 Aprel 2026
51
10:59 / 09 Aprel 2026
793
10:49 / 09 Aprel 2026
82
10:41 / 09 Aprel 2026
610
10:38 / 09 Aprel 2026
61
10:32 / 09 Aprel 2026
109
10:30 / 09 Aprel 2026
87
10:28 / 09 Aprel 2026
59
10:26 / 09 Aprel 2026
65
10:07 / 09 Aprel 2026
2037
10:05 / 09 Aprel 2026
68
10:02 / 09 Aprel 2026
80
09:20 / 09 Aprel 2026
80
09:19 / 09 Aprel 2026
73
00:52 / 09 Aprel 2026
339
00:25 / 09 Aprel 2026
312
23:55 / 08 Aprel 2026
273
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.