Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19145
az

Azərbaycan yeni silah aldı: Xarici ölkədən edilən istənilən hücumu dəf edəcək

11:5718 Oktyabr, 2019
2649
HƏRBİ
  • A
 
{banner_reklam}

Azərbaycan İspaniyadan yeni və çoxməqsədli radiolokasiya stansiyası alıb. Bu günlərdə ölkənin hava məkanına nəzarətin gücləndirilməsi və hava hədəflərinin vaxtında aşkar edilməsi üçün nəzərdə tutulmuş HHQ-nin ən müasir çoxməqsədli Radiolokasiya stansiyasının (RLS) idarəetmə məntəqəsinin açılışı olub.

Açılışda iştirk edən Müdafiə naziri general-polkovnik Zakir Həsənova məlumat verilib ki, burada yaradılan infrastruktur döyüş tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi üçün geniş imkanlar yaradıb. RLS-in texniki imkanlarının nümayişi zamanı bildirilib ki, radiolokasiya vasitələri təyyarə, helikopter, pilotsuz uçuş aparatı və qanadlı raketlər kimi aerodinamik hava obyektlərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müşayiətə götürülməsini təmin edir.

Oxu24.com   xəbər verir ki, Hərbi ekspert Rəşad Süleymanov Azvision.az -a açıqlamasında bildirib ki, Azərbaycan son illərdə Qərb ölkələrindən, xüsusilə də NATO, Avropa Birliyinə daxil olan ölkələrdən yeni silah və hərbi texnikaların satınalınması işlərini həyata keçirir.

Onun sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri bir neçə gün öncə İspaniynın “Indra Sistemas” şirkətinin istehsalı olan LTR-25 Lanza üçölçülü radiolokasiya stansiyasını istifadəyə qəbul edib:

“Radiolokasiya stansiyası artıq bir neçə ay öncə Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasında idi. Radiolokasiya stansiyalarının alınmasına dair razılaşma 2014-cü ildə əldə olunub. Bu, İspaniyanın Azərbaycana ilk hərbi təyinatlı texnikasının satışıdır. İspaniya hərbi sənayesi daha çox dəniz texnikalarının istehsalı sahəsində ixtisaslaşsa da, bu ölkədə “Airbus” şirkətinin hərbi təyyarə və helikopterlər istehsal edən zavodu var. Həmçinin, İspaniyanın məşhur “Expal” şirkəti ilə müxtəlif təyinatlı texnikaların alınmasına dair görüşlər davam edir. Düşünrəm ki, yeni hərbi nəqliyyat təyyarələrinin və müxtəlif artilleriya vasitələrinin yaxın perspektivdə satışına şahid olacayıq”.

Həmçinin oxu:   Təqaüdçülərə ŞAD XƏBƏR – Gələn ildən pensiyalar xeyli artacaq


Ekspert qeyd edib ki, LTR-25 Lanza müasir radardır və bu sistem regionda Azərbaycandan başqa Gürcüstan və Qazaxıstanın istifadəsində mövcuddur. Onun sözlərinə görə, “Indra Sistemas” şirkəti 2012-ci ildə Azərbaycanda əməkdaşlığa başlayıb. Həmin il “Azəraeronaviqasiya” dövlət müəssisəsi ilə imzalanan müqavilə çərçivəsində Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanının AZANS uçuş idarəetmə sistemlərini, nəzarət radarını təmin edib.

"Həmin şirkətin Azərbaycanda 7 illik əməkdaşlıq təcrübəsi var. “Indra Sistemas” şirkəti dünyanın həm radiolokasiya stansiyaları, həm də radioelektron mübarizə sistemlərinin istehsalı sahəsində ixtisaslaşmış, aparıcı şirkətlərdən biridir. Azərbaycanın əldə etdiyi LTR-25 radiolokasiya stansiyası 450 kilometr məsafədə 30 km hündürlükdə çoxsayda hədəfləri aşkarlaya bilir. Sürətli skan etmə qabiliyytinə sahib olan radarlar 2 nəqliyyat vasitəsinin əsasında bazalaşdırılır. Digər nəqliyyat vasitəsi olan komanda mərkəzi ondan uzaqda yerləşir. Düşmən antiradiasiya raketləri ilə radara zərbə endirsə belə, komanda mərkəzi uzaqda olduğu üçün xilas olur. Daşınmaq imkanları çox rahatdır. Belə ki, həm nəqliyyat vasitələrində, həm də hərbi nəqliyyat təyyarələrində daşına bilir. Orta ölçülü hərbi yük təyyarəsi ilə də daşımaq mümkündür. Lanzanın həm dəniz, həm də quru versiyaları var. Bizim istifadəmizdə olan hava hücumundan müdafiə üçün nəzərdə tutulub. LTR-25 Lanza pilotsuz uçuş aparatlarını, yuxarı və aşağı hündürlükdə və aşağı sürətlə uçan hədəfləri aşkarlamağı bacarır. Bu radar həmçinin stels təyyarələri aşkarlamaq qabiliyyətinə malikdir”.

Həmçinin oxu:  Şok görüntü: Mitinqə çıxan adamlar snayperlə vuruldu—VİDEO 18+

R.Süleymanov yaxın vaxtlarda Azərbaycanın bu radarların davamı olaraq İspaniyadan radiokəşfiyyat texniki vasitələrinin və radiolokasiya stansiyalarının yeni növlərini alacağını vurğulayıb.

Ekspert qeyd edib ki, “Indra Sistemas” şirkətinin nümayəndəsi ötən il ölkəmizdə keçirilən “ADEX-2018”-də bildirmişdi ki, uzunmüddətli əməkdaşlığı hədəfləyirlər: "Burada açıqlanmayan bəzi layihələrdən söhbət gedir. Hesab edirəm ki, müsbət bir addım olacaq. Gələcəkdə sistemlərin həm də Azərbaycanda təmirinin həyata keçirilməsi Qərb texnologiyalarının mənimsənilməsi üçün əhəmiyyətlidir”.


{banner_reklam1}

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan yeni silah aldı: Xarici ölkədən  edilən istənilən hücumu dəf edəcək
Azərbaycanın lazer yönləndirməli aviasiya bombası hazırdır -Ermənistan saniyədə külə dönə bilər
Ordu bütün qüvvə və gücünü düşmənin üzərinə endirməyə hazırdır - Nazirikdən BƏYANAT

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ