Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama
03 Oktyabr 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2442
03.01.2026, 23:59
Venesuela Prezidenti Nikolas Maduro və xanımının ABŞ tərəfindən ələ keçirilməsi dünya mətbuatının gündəmini zəbt edib.
Bu əməliyyatı isə ABŞ-nin “Delta” xüsusi təyinatlı qüvvələri aparıb.
Oxu24.com Teleqraf-a istinadən bu məqamda Maduro və xanımını yataq otağından çıxararaq ABŞ-yə aparan “Delta” barədə bir sıra maraqlı məqamları təqdim edir.
Rəsmi adı "1st Special Forces Operational Detachment-Delta" (1st SFOD-D) olan bu birlik ABŞ Ordusunun xüsusi əməliyyatlar komandasına məxsusdur.
“Delta” qeyri-adi təhlükəli və yüksək səviyyəli əməliyyatlar üçün yetişdirilib. Bu birlik terrorçuluqla mübarizədə, yüksək hədəflərin tutulması, girov götürmə və ya azad etmə əməliyyatlarında iştirak edir.
“Delta” daha əvvəl də müxtəlif yüksək səviyyəli əməliyyatlarda rol alıb, o cümlədən 2019-cu ildə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi əməliyyatında iştirak edib.
Bu, dünyada nadir hallarda baş verən bir hadisədir — başqa ölkənin hazırkı dövlət başçısını xüsusi qüvvələrlə ələ keçirmək.
“Delta”ya üzvlərin seçimi çox məhdud və yüksək səviyyəli olur. Bu qrupa kənardan və ya mülki şəxs kimi daxil olmaq mümkün deyil. Namizədlər adətən ABŞ Ordusunda xidmət edən, xüsusilə xüsusi təyinatlı, desantçı və ya elit bölmələrdə olan hərbçilər olur.
Onlar isə “Delta”ya dəvət əsasında cəlb olunurlar. Yəni, “elan görüb yazılmaq” kimi bir proses yoxdur.
Seçimlər aylarla davam edə bilər və fiziki dözümlülük, psixoloji davamlılıq, zəka və məntiqə.üstünlük verilir.
Maraqlıdır ki, bəzən fiziki olaraq ən güclü olanlar yox, ən sakit və düşünərək hərəkət edənlər seçilir.
Seçilən az sayda namizəd çox uzun və gizli təlimə başlayır. Bu mərhələdə də xeyli adam ələnir. Minlərlə hərbçi arasından çox az adam sonda “Delta” üzvü olur.
Bölmənin real say tərkibi rəsmi olaraq açıqlanmır.
“Delta” JSOC-a ( Joint Special Operations Command) ABŞ-nin ən məxfi və elit xüsusi əməliyyat komandanlığı tabedir. Əməliyyatlar zamanl ABŞ prezidenti, müdafiə naziri və ya Milli Təhlükəsizlik strukturları birbaşa tapşırıq verə bilər.
“Delta” üzvlərinin maaşı xidmət ili və rütbələrə görə dəyişir. Bu, 45 000 - 150 000 min dollarl aylıq maaş deməkdir.
23:26 / 03 Oktyabr 2026
10
22:53 / 03 Oktyabr 2026
32
22:48 / 03 Oktyabr 2026
44
22:41 / 03 Oktyabr 2026
54
22:29 / 03 Oktyabr 2026
54
22:13 / 03 Oktyabr 2026
72
22:08 / 03 Oktyabr 2026
66
21:24 / 03 Oktyabr 2026
64
21:09 / 03 Oktyabr 2026
73
20:57 / 03 Oktyabr 2026
84
20:51 / 03 Oktyabr 2026
75
20:38 / 03 Oktyabr 2026
78
20:27 / 03 Oktyabr 2026
447
20:14 / 03 Oktyabr 2026
80
20:03 / 03 Oktyabr 2026
337
19:52 / 03 Oktyabr 2026
409
19:51 / 03 Oktyabr 2026
100
19:46 / 03 Oktyabr 2026
66
19:34 / 03 Oktyabr 2026
68
19:34 / 03 Oktyabr 2026
66
19:25 / 03 Oktyabr 2026
66
19:14 / 03 Oktyabr 2026
65
19:03 / 03 Oktyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.