Müdafiə Nazirliyindən məlumat YAYDI
16 Oktyabr 2026, 22:08
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1068
24.07.2025, 21:46
İyulun 22-də “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.
Görüş əsnasında “Hərbi qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu” imzalanıb. Bu memorandum iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə keçməsi kimi dəyərləndirilir.
Sözügedən sənəd təkcə hərbi məsələləri deyil, həm də kəşfiyyat məlumatlarının koordinasiyası, birgə təlimlərin təşkili, silah və sursatın mənimsənilməsi, NATO standartlarının Azərbaycan ordusunda tətbiqi və digər strateji sahələri əhatə edir.
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan və Türkiyə Müdafiə Nazirlikləri arasında imzalanan “Hərbi qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu” yüksək qiymətləndirilməlidir:
“Bu sənəd iki ölkə arasında strateji tərəfdaşlığın və hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Reallıq ondan ibarətdir ki, Cənubi Qafqaz daim müəyyən təhlükə və təhdidlərin hədəfində olan bir regiondur. Belə bir mühitdə təhlükəsizliyi təmin etmək üçün güclü orduya və effektiv işləyən təhlükəsizlik sisteminə malik olmaq vacibdir. Təcrübə göstərir ki, bu sahələrdə bir sıra nailiyyətlər əldə olunsa da, hər zaman inkişaf və təkmilləşmə ehtiyacı qalır.
Texnologiyaların sürətlə inkişaf etdiyi, bir çox ölkələrin hərbi sənayesinin yüksəliş dövrünü yaşadığı bir zamanda Azərbaycan da Türkiyə ilə bu sahədə əməkdaşlığını möhkəmləndirməlidir. Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin tam icrası xüsusi əhəmiyyət daşıyır. Birgə hərbi təlimlərin keçirilməsi, yeni silah növlərinin tətbiqi və bu texnologiyaların adaptasiyası həmin sənədin əsas istiqamətlərindəndir.
Memorandum Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması, müasir silahlarla təchizatının artırılması baxımından strateji əhəmiyyətə malikdir. Bu sənədin icrası nəticəsində ordu quruculuğu sahəsində mühüm müsbət dəyişikliklərin şahidi olacağıq”.
18:10 / 19 Oktyabr 2026
2
18:09 / 19 Oktyabr 2026
1
18:04 / 19 Oktyabr 2026
19
18:02 / 19 Oktyabr 2026
29
17:58 / 19 Oktyabr 2026
17
17:44 / 19 Oktyabr 2026
208
17:43 / 19 Oktyabr 2026
52
17:36 / 19 Oktyabr 2026
404
17:34 / 19 Oktyabr 2026
59
17:31 / 19 Oktyabr 2026
153
17:18 / 19 Oktyabr 2026
77
17:04 / 19 Oktyabr 2026
77
16:52 / 19 Oktyabr 2026
67
16:50 / 19 Oktyabr 2026
84
16:47 / 19 Oktyabr 2026
238
16:38 / 19 Oktyabr 2026
98
16:35 / 19 Oktyabr 2026
81
16:27 / 19 Oktyabr 2026
78
16:23 / 19 Oktyabr 2026
214
16:17 / 19 Oktyabr 2026
197
16:07 / 19 Oktyabr 2026
120
16:01 / 19 Oktyabr 2026
93
15:58 / 19 Oktyabr 2026
497
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.