Mövqelərimiz atəşə tutuldu
28 Aprel 2025, 11:30
Qaynar xətt:
(+99450) 247 90 86HƏRBİ
985
13.01.2025, 14:25
Azərbaycan Ordusunda radioelektronika sahəsi üzrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Oxu24.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 13 yanvar - 15 fevral 2025-ci il tarixlərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
- təhsil haqqında sənədin surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
Həmçinin oxuyun
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan:
Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsi 126 (Bakı Hərbi Məhkəməsinin yanı).
Müraciət etmə vaxtı: Qeyd olunmuş tarixlərdə, saat 09:00-dan 17:00-dək (bazar günləri istisna olmaqla).
Qeyd:
1. Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
2. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Azərbaycan Ordusunun ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.
20:41 / 28 Aprel 2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
1
20:29 / 28 Aprel 2025
Sevinc öldü,Leyla yaralandı — Detalları
116
19:34 / 28 Aprel 2025
Əsədin atasının məzarından qalıqlarını çıxardılar - VİDEO
17
18:38 / 28 Aprel 2025
Aeroport yolunda ağır qəza - Video
68
18:00 / 28 Aprel 2025
“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
48
17:40 / 28 Aprel 2025
5 min illik məzar tapılıb - Dəhşətli faktlar
58
17:02 / 28 Aprel 2025
Vətəndaşlara xəbərdarlıq - Səssiz təhlükə böyüməkdə davam edir
98
16:30 / 28 Aprel 2025
Nazir vətəndaşları dinlədi, problemlərin həlli üçün tapşırıq verdi - Video
69
16:10 / 28 Aprel 2025
Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib
106
15:15 / 28 Aprel 2025
ABŞ və Ukrayna bu həftə yerin təki haqqında saziş imzalaya bilər
77
15:05 / 28 Aprel 2025
"Laçınım mənim" musiqisi ilə dəfn olunan Məhəbbət Kazımovun faciəvi taleyi
570
15:01 / 28 Aprel 2025
Maaşlar saata görə ödəniləcək — Azərbaycanda yenilik
701
14:57 / 28 Aprel 2025
Polşa Ukraynaya ABŞ-dan qaz verməyə hazırdır
82
14:55 / 28 Aprel 2025
Moskvada hava necə olacaq?
85
14:51 / 28 Aprel 2025
Prokurorluq əməkdaşları Çində olub, fikir mübadiləsi aparılıb
95
14:39 / 28 Aprel 2025
ANAMA-nın əməkdaşı Qazaxda minaya düşdü
126
14:29 / 28 Aprel 2025
Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarələrin hücumu zamanı Su-27-ni itirib
90
14:25 / 28 Aprel 2025
Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirib
99
14:22 / 28 Aprel 2025
Xeops piramidasında gizli otaq tapıldı
102
14:20 / 28 Aprel 2025
Bakıda ağacları kəsən tikinti şirkəti cəzalandırılıb
87
14:11 / 28 Aprel 2025
Hərbçimiz mənzildə canına qıydı
1027
14:08 / 28 Aprel 2025
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır
96
14:02 / 28 Aprel 2025
Sabah yağıntılar və külək tədricən kəsiləcək
100
13:52 / 28 Aprel 2025
Netanyahu Azərbaycana səfər edəcək
99
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.