Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib

ABŞ qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib

HƏRBİ

258

06.11.2024, 17:44

ABŞ Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından Minuteman III  (ICBM) təlim buraxılışını həyata keçirib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə bazanın saytında məlumat verilir.

 

Açıqlamada qeyd edilir ki, sınaq buraxılışı uğurlu olub.

 

Hərbçilərin sözlərinə görə, ABŞ anlaşılmazlıqların və insidentlərin qarşısını almaq üçün Minuteman III-ün işə salınması barədə Rusiyanı əvvəlcədən xəbərdar edib.

 

Bundan əvvəl Daily Mail ABŞ ordusuna istinadən yazıb ki, sınağın məqsədi “ABŞ nüvə qüvvələrinin hazırlığını nümayiş etdirmək və ölkənin nüvə qarşısının alınmasının öldürücülüyünə və effektivliyinə inamı təmin etməkdir”.

 

Nigar