Türkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib
02 Sentyabr 2026, 14:10
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
529
04.11.2024, 15:31
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP-29, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Zəfər Günü ərəfəsində Hərbi prokuror Xanlar Vəliyev Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirib.
Hərbi Prokurorluqdan bildirilib ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin iştirakı ilə, Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçularının birgə keçirdikləri tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Dövlət Himni səsləndirilib.
Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, general-mayor Müşfiq Məmmədov, general-mayor Akif Pirverdiyev çıxışlarında istiqlal yolumuzu və firavan istiqbalımızı nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 il müddətində ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurların əldə edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən söz açıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından bəhs edilib.
Habelə ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə durmadan artan nüfuzundan, o cümlədən ölkəmizdə keçiriləcək COP29-un mahiyyətindən və əhəmiyyətindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin, qayğı və problemləri ilə maraqlanılıb.
Tədbirdən sonra ağaclar əkilib.
23:10 / 02 Sentyabr 2026
426
22:51 / 02 Sentyabr 2026
89
22:50 / 02 Sentyabr 2026
124
22:45 / 02 Sentyabr 2026
97
22:34 / 02 Sentyabr 2026
267
22:15 / 02 Sentyabr 2026
82
22:13 / 02 Sentyabr 2026
618
22:09 / 02 Sentyabr 2026
182
22:03 / 02 Sentyabr 2026
369
21:58 / 02 Sentyabr 2026
75
21:48 / 02 Sentyabr 2026
2499
21:39 / 02 Sentyabr 2026
69
21:30 / 02 Sentyabr 2026
422
21:22 / 02 Sentyabr 2026
75
21:19 / 02 Sentyabr 2026
71
21:15 / 02 Sentyabr 2026
83
21:08 / 02 Sentyabr 2026
86
21:06 / 02 Sentyabr 2026
93
21:04 / 02 Sentyabr 2026
2434
20:54 / 02 Sentyabr 2026
172
20:45 / 02 Sentyabr 2026
73
20:34 / 02 Sentyabr 2026
114
20:24 / 02 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.