Qaynar xətt:

(+99450) 247 90 86

"Anadolu Ankası - 2024" təlimi davam edir

\\\"Anadolu Ankası - 2024\\\" təlimi davam edir

HƏRBİ

331

14.05.2024, 15:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən “Anadolu Ankası – 2024” təlimləri çərçivəsində xilasetmə əməliyyatı məşqlərini icra ediblər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, manevrlərin məqsədi komanda və idarəetmə prosesini sınamaq və təkmilləşdirmək, şəxsi heyət arasında koordinasiyanı gücləndirmək və əməkdaşlıq sahələrini artırmaqdır.

Xatırladaq ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.