Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98412
az

Qarabağda işləməyə işçilər axtarılır

22:4822 Noyabr, 2023
1106
  • A

Karabakh Group

Sahə mühəndisi (Kəlbəcər rayonu)
 

Son tarix 22 dek 2023 - [email protected]

Əsas Tələblər:
Təhsili: Ali təhsilli(Sənaye və mülki tikinti ixtisası üzrə)
Kompüter bilikləri:MS Office  proqramları,AutoCad;
İş təcrübəsi:Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
Ünsiyyət və komandada işləmək bacarıqları;
İşinə məsuliyyətli və dəqiq yanaşmalı;
Fikrini dəqiq,dolğun və özünə əminliklə təqdim etmə bacarığı
Yaş: 35-45
Vəzifə və Öhdəliklər:
Təyin edilmiş layihədə,sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara,işlərin aparılması layihəsinə,tikinti  norma və qaydalarına,istehsalat planına  və normativ  sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
Layihələr üzrə araşdırmalar etmək;
Material sərfini hesablamağı bacarmaq;
Müvafiq hesabatlarla (Texniki,Material və Aktlar) işləməyi bacarmaq;
İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
Layihələşdirmə,tikinti,istehsalat,əməyin və idarəetmənin təşkili,metroloji təminat,texniki nəzarət,elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək,onların istehsalat  tapşırıqlarını müəyyənləşdirmək,onlara iş təlimatı keçmək;
 (Qeyd: Əmək haqqı müsahibə əsasında müəyyənləşəcək. İş yeri rayonda olacaq)  

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sənaye və mülki tikinti üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət qurumu Qarabağda işçi axtarır - VAKANSİYA