Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97529
az

Azərbaycan şirkəti Qarabağda işləmək üçün işçilər axtarır - VAKANSİYALAR

11:2708 Noyabr, 2023
2750
ELANLAR
  • A

North West Construction

Tabelçi (Qarabağ)
 

 Son tarix 07 dek 2023 - [email protected]

Vəzifə funksiyaları:
Layihələr üzrə işçilərin şəxsi işlərini aparmaq və yaratmaq;
İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin hazırlanması və İR Departamentinə göndərilməsini təmin etmək;
İşə qəbul olunma, işdən azad olunma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsini təmin etmək;
Əmək müqaviləsi şərtlərini və şirkətin daxili intizamına pozulması haqda İR departamentine məlumat vermək və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tədbirlər görmək;
İnsan resursları qaydaları və prosedurlarının hazırlanmasında iştirak etmək və müntəzəm olaraq Layihələr üzrə təkliflər vermək;
İşçilərin məlumatları Elektron məlumat bazasına əlavə etmək və Layihələr üzrə İK ilə əlaqəli məlumat bazalarını müntəzəm olaraq yeniləmək;
Cari gün üçün işçilərin sayına uyğun olaraq layihədə işləyən işçilər üçün bir yemək sifarişi vermək;
Layihə işçilərinin şikayətlərini araşdırmaq və onu İnsan Resursları Departamentinə çatdırmaq;
HR ilə bağlı tədbirlərin və görüşlərin təşkilində iştirak etmək;
Layihə üzrə vaxtında, düzgün və səmərəli gündəlik fəaliyyəti təmin etmək üçün İİB-ə dəstək vermək;
İnkişaf hesabatlarını dəstəkləmək üçün, nüsxələrin İT Departamentinə göndərilməsini təmin etmək;
Tələblər:
Komputer bilikləri: Microsoft Office tools (Word/Excel/PowerPoint/Outlook) əla səviyyədə bilmək;
Kadr işinin təşkili və hesabatların tərtibini bilmək
Kadrlarla bağlı bütün sənədləşməni əmr, arayış, təqdimat, tabel və s. sənədlərinin təşkilini əla səviyyədə bilmək
Azərbaycan Qanunvericiliyinə əsasən məzuniyyət, müavinat, kompensasiyaların verilməsi və ödənilməsi qaydalarını yaxşı bilmək
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Tabelçı" qeyd edərək [email protected] və ya [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

 

İT üzrə kiçik mütəxəssis (Qarabağ)
 Son tarix 07 dek 2023 [email protected]

Vəzifə öhdəlikləri:
İT infrastrukturuna nəzarət, vaxtında yenilənməsi və fasiləsiz işin təşkili;
İT sistemlərinin (Windows Server əməliyyat sistemləri, Active Directory, File - Server, microsoft 365 və s.) inzibatçılığı təşkil etmək;
Cəmiyyətin əsas proqram təminatın fasiləsiz fəaliyyətini təmin etmək;
Kompüter avadanlıqlarına və proqramlara xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin etmək;
Proqram təminatları ilə bağlı məsləhətlərin verilməsini təmin etmək;
Antivirus və Firewall proqramlarının işini vaxtaşırı yoxlamaq;
Zərüri hallarda istifadəçilərə İT dəstək göstərmək (first line support);
Kompüterlərdəki informasiyanın arxivləşdirilməsini təşkil etmək;
Şəbəkə avadanlıqları və sistemləri üzrə köməklik göstərmək;
Cəmiyyətin korporativ və lokal kompüter şəbəkələrinin təhlükəsiz fəaliyyətinə nəzarət etmək; 
Cəmiyyətin fasiləsiz internet bağlantısının işini təmin etmək.
Tələblər:
Kompüter, texniki və ya müvafiq ixtisas üzrə ali təhsil;
İT sahəsində ən azı 3 il iş təcrübəsi;
Windows əməliyyat sistemlərin yüksək səviyyədə inzibatçılığı;
Linux əməliyyat sistemləri üzrə ilkin anlayış əlavə üstünlükdür;
İT şəbəkənin iş prinsiplərindən məlumatlı və iş təcrübəsi olan namizədlərə üstünlük verilir
MCP sertifikatı, CCNA və s.) əlavə üstünlükdür
Komanda ilə işləmək bacarığı və inkişafa meylli olma.
Namizədlərdən CV-ni "İT üzrə kiçik mütəxəssis-Qarabağ" mövzusu ilə elektron poçt ünvanına göndərməyi xahiş olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət qurumu Qarabağda işçi axtarır - VAKANSİYA
Şuşada işləmək üçün işçi axtarılır- VAKANSİYA
İşçi tələb olunur: Maaş 1800 AZN + BONUS