Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97451
az

Dövlət qurumu işçi axtarır - MAAŞ 1000-1500 MANAT 

23:3006 Noyabr, 2023
898
ELANLAR
  • A

"Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu

Kadrlar üzrə mütəxəssis
 

Son tarix 02 dek 2023 - [email protected]

Vəzifə və öhdəliklər:
Yeni kadrların aktiv şəkildə axtarılması və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi;
Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
İşçilərin şəxsi işlərini formalaşdırmaq;
İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq;
İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
Aylıq, rüblük, yarımillik və illik hesabatların tərtib edilməsi və İnsan resursları departamentinə təqdim edilməsi.
Tələblər: 
AR vətəndaşlığı; 
Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
Tikinti və layihələndirmə sektorunda təcrübə arzu olunandır;
Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
Minimal iş təcrübəsi – 1-3 il; 
Əmək haqqı: 1000-1500 AZN.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Kadrlar üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

E-mail: [email protected], CC- [email protected].

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət qurumu Qarabağda işçi axtarır - VAKANSİYA
Şuşada işləmək üçün işçi axtarılır- VAKANSİYA
İşçi tələb olunur: Maaş 1800 AZN + BONUS