Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84591
az

Sürücü,mühafizəçi,mühasib tələb olunur - MAAŞ +BONUS+YEMƏK

09:5713 Mart, 2023
828
ELANLAR
  • A

Sirab ASC

Təhlükəsizlik əməkdaşı (mühafizəçi)
 

Son tarix 10 apr 2023 - [email protected]

Əsas tələblər:
Təhsil dərəcəsi: Orta;
Yaş həddi: 20–30;
Təcrübə: Müvafiq sahədə minimum 1il iş təcrübəsi;
Cinsi: Kişi;
Boy: minimum 1.80 sm;
Hərbi xidmətdə olmuş;
İdmanla məşğul olması üstünlükdür (diplom və sertifikatlar arzuolunandır).
Fərdi keyfiyyət göstəriciləri:
Diqqətcil;
Komanda ilə işləmə bacarığı;
Gərgin iş tempinə uyğunlaşa bilən;
İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya.
İş barədə: 
Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin təşkili;
Jurnalda qeydlər aparmaqla qonaqların qəbul edilməsi və yola salınması;
Giriş qapısını və digər tapşırılan obyektləri daimi olaraq nəzarətdə saxlanılması;
Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi;
Nizam-intizam qaydalarına riayət edilməsi, əməkdaşlardan və ziyarətçilərdən onların icrasını tələb edilməsi.         
İş vaxtının norması:
Növbəli iş qrafiki.
Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:
550-600 AZN;
Yemək şirkət tərəfindən.
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı //goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)
Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvail küçəsi 17
Müraciət forması:

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Təhlükəsizlik əməkdaşı (mühafizə)” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Sürücü
 Son tarix 09 apr 2023 - [email protected]

Əsas tələblər:
Yaş həddi: 22– 45;
Sürücülük vəsiqəsi: BC;
İsuzu və Hyundai markalı yük avtomobillərini sürməyi bacaran;
Bakı ərazsinini yaxşı səviyyədə tanıyan;
Xoş görünüşlü, mədəni, kommunikasiya qura bilən;
Təcrübə: Minimum 3 il sürücülük təcrübəsi (Sürətli İstehlak sektorunda əsasən su və spirtli içkilər üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir).
Vəzifə öhdəlikləri: 
Daşınan yükləri təhlükəsiz şəkildə təyinat yerinə çatdırması;
Məhsulların fakturalara uyğun müşdərilərə təhvil verilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi;
Daxili Əmək İntizam Qaydalarına riayət etməsi;
İş vaxtının norması:
6 günlük iş rejimi;
İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: 550-800;
Yemək pulu şirkət tərəfindən;
Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı //goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “sürücü” yazmaqla mail ünvanına göndərə və ya qeyd olunan Şirkət ünvanına həftə içi 5 gün saat 14:00-17:00 aralığnda yaxınlaşıb CV forması doldura bilərlər.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Mühasib köməkçisi
 Son tarix 09 apr 2023 - [email protected]

Əsas tələblər:
Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə);
Komputer bilikləri: MS Office – Yaxşı;
Dil bilikləri: Azərbaycan – Əla;
Yaş həddi: 23 – 30;
Minimum təcrübə: 1 il (müvafiq sahə üzrə);
Riyazi biliklər və analitik düşünmə bacarığı;
Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər;
Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər;
Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi bacarığı;
Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər.
Fərdi keyfiyyət göstəriciləri:
İşdə dəqiqlik və detallara diqqətlilik;
Məsuliyyətlilik;
Ünsiyyətlilik;
Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
Rus və ya ingilis dili biliyi;
Mikro ERP və Günəş proqram bilikləri.
İş barədə: 
Hesabat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi;
Bank əməliyyatlarının həyata keçirilməsi;
Müxtəlif mədaxil, məxaric orderlərinin, hesabat blanklarının və başqa rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi; 
İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi;
Hesabat sənədlərinin qeydiyyatını aparılması;
Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi;
Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsi;
Vəzifə öhdəliklərinə daxil olan digər işlərin yerinə yetirilməsi.
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
700 AZN;
Yemək şirkət tərəfindən;
Şirkət nömrəsi və danışıq paketi.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı //goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Mühasib köməkçisi” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Korporativ müştərilər üzər kiçik mütəxəssis
 Son tarix 14 mar 2023  [email protected]

Əsas tələblər:
Minimum təhsil dərəcəsi: Bakalavr;
Komputer bilikləri: MS Office – Excell, Word, Outlook -Orta;
Dil bilikləri: Azərbaycan- Əla, Rus dili- yaxşı; 
Minimum təcrübə: 1 il;
Fərdi keyfiyyət göstəriciləri:
Dəqiqlik və detallara diqqətlilik;
Məsuliyyətlilik;
Operativlik;
Nəticə yönümlü;
Səlis danışıq və düzgün diksiya;
Komandada işləmək bacarığı. 
Vəzifə öhdəlikləri: 
Telefon vasitəsi ilə müştəri sifarişlərinin qəbul edilməsi;
Müştərilərlə əlaqə saxlanılaraq sorğuların keçirilməsi;
Yeni müştərilərin satış bazasına daxil edilməsi;
Müştəri şikayətləri və təkliflərinin qəbulu, araşdırılması və lazimi strukturlara yönləndirilməsi;
Ərazidən qayıdan maşınların mal qalıqlarının qaytarması prosesini həyata keçirmək;
Malların çatdırılmasının izlənməsi;
Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Digər tələb və üstünlük göstəriciləri:
Mikro ERP proqramında işləmək bacarığı.
İş vaxtının norması:
09:00-18:00 / 5 günlük iş həftəsi.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: 500-600 AZN;
Yemək şirkət tərəfindən;
Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
 Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı //goo.gl/maps/iFLKeNz2rJoCoWDt5). 
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Korporativ müştərilər üzər kiçik mütəxəssis” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib