"AMOGROUP" işçilər axtarır - MAAŞ 1000-2500 MANAT
26 Aprel 2025, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86ELANLAR
657
05.02.2020, 18:12
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərara şərh verib.
Oxu24.com xəbər verir ki,Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, qərar ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması məqsədilə hazırlanıb.
Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, ölkədə qeyri-neft məhsulları istehsalının inkişaf etdirilməsi və dəstəklənməsi, idxalın əvəz olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, xarici investisiyaların cəlb olunması, həmçinin ölkədə istehsal olunmuş məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar mütəmadi olaraq müvafiq işlər aparılır və zəruri tədbirlər həyata keçirilir.
Bu istiqamətdə görülən işlər çərçivəsində, 2018-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu zamanı Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” ASC-nin birgə avtomobil istehsalı zavodunun (“AzKron” MMC-nin “Xəzər” avtomobil zavodu) rəsmi açılışı həyata keçirilib.
İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində 2019-cu ilin sonunadək 3 min avtomobilin istehsalı planlaşdırılır və müəssisədə 200 nəfər işlə təmin edilib. Zavodda “Khazar” brendi altında “LX”, “SD” (sadə), “LD” (lüks), Peugeot Khazar olmaqla dörd komplektasiyada avtomobillər istehsal olunur. Həmçinin, zavodda yaxın gələcəkdə digər avtomobil markalarının istehsalı da nəzərdə tutulur. Növbəti mərhələdə “Khazar” brendi altında istehsal olunacaq avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı planlaşdırılır.
“Xəzər” avtomobil zavodunda qaynaq və rəngləmə işləri istisna olmaqla, avtomobillərin sıfırdan ayrı-ayrı hissələrdən yığılmaqla tam istehsalı həyata keçirilir. Bunun üstünlüyü isə gələcəkdə lokallaşdırma (yan sənaye) müəssisələrinin ölkəmizdə yaradılması üçün zəmin yaratmasıdır. Eyni zamanda, ikinci mərhələ olaraq qaynaq və rəngləmə proseslərinin də Azərbaycanda təşkili planlaşdırılır.
Müəssisədə istehsal olunan məhsulların yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin sənaye yığımı üçün idxalının gömrük rüsumlarından azad olunmasına zərurət yaranıb. Bu çərçivədə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin qərarı layihəsi hazırlanıb.
Layihədə “minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı”na anlayış verilmiş, habelə “Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası”nın 40-cı, 70-ci, 83-cü, 84-cü, 85-ci, 87-ci, 90-cı, 94-cü, 96-cı qruplarında bir sıra alt yarımmövqelərdə təsnifləşdirilən ehtiyat hissələri minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirildikdə həmin ehtiyat hissələri üzrə idxal gömrük rüsum dərəcəsinin “0” olaraq müəyyən olunması nəzərdə tutulub.
Layihə hazırlanarkən “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, “Gömrük tarifi haqqında” qanun, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatlarıüzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarı və bir sıra digər qanunvericilik aktları təhlil edilib.
Layihənin qəbul edilməsi nəticəsində ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması, habelə gələcəkdə müvafiq yan sənaye müəssisələrinin ölkəmizdə təsis edilməsi üçün əlverişli şəraitin genişlənməsi proqnozlaşdırılır.
Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı minik avtomobillərinin aşağıdakı bütün texnoloji əməliyyatların yerinə yetirilməsi ilə həyata keçirilən yığımı hesab olunur:
– kuzovun istehsal xəttinə yerləşdirilməsi;
– yan, ön və arxa şüşələrin, ön və arxa qapıların, şitin, ön və arxa buferlərin quraşdırılması;
– mühərrikin quraşdırılması və bərkidilməsi, mühərrikə idarəetmə mexanizmlərinin birləşdirilməsi;
– radiatorların quraşdırılması və soyutma sistemlərinin qoşulması;
– amortizatorların bərkidilməsi, transmissiyanın qoşulması;
– ön, arxa asmaların və yarımoxların quraşdırılması;
– ön təkər topu ilə sükan-idarəetmə sisteminin birləşdirilməsi;
Həmçinin oxuyun
– təkərlərin quraşdırılması və ön təkər topu yastıqlarının sazlanması, yanma çarxının quraşdırılması;
– sükan-idarəetmə hidrosisteminin, əyləc sisteminin doldurulması və sazlanması;
– fənərlərin, ön və arxa siqnal fənərlərinin quraşdırılması;
– səsboğucunun və tullantı qaz boru seksiyalarının quraşdırılması;
– yanacaq bakının quraşdırılması və yanacaqötürmə sisteminin qoşulması;
– generatorun quraşdırılması və ötürücü kəmərin sazlanması;
– akkumulyatorun quraşdırılması və qoşulması, elektrik zəncirlərinin yoxlanılması;
– ön və arxa oturacaqların quraşdırılması;
– mühərrikin diaqnostikası və sazlanması;
– əyləc sisteminin effektivliyinin yoxlanılması;
– tez zədələnən yerlərin konservasiyası;
– yığılmadan sonra qüsurların aradan qaldırılması;
– avtomobil və lövhəciyə eyniləşdirmə nömrəsinin vurulması;
– avtomobilin sürülüb yoxlanılması.
11:57 / 29 Aprel 2025
İmtahan sualları dəyişəcək — AÇIQLAMA
1
11:53 / 29 Aprel 2025
Biraylıq körpə çimizdirilərkən boğulubmuş
5
11:43 / 29 Aprel 2025
Bakı səfərindən paylaşım etdi - Foto
6
11:37 / 29 Aprel 2025
Səudiyyə Ərəbistanı səfiri jurnalistlərlə görüşdü — FOTOLAR
98
11:13 / 29 Aprel 2025
2 yaşlı uşaq ağcaqanad dərmanından zəhərlənərək ölüb
15
10:49 / 29 Aprel 2025
Baş nazir yeni qərar imzaladı
282
10:33 / 29 Aprel 2025
Rusiyaya qalib gələ bilməyəcəksiniz! - Vens
50
10:26 / 29 Aprel 2025
Məzahir Sultanovun 23 yaşlı oğlu qəfil VƏFAT ETDİ
231
10:24 / 29 Aprel 2025
Bakıda sərnişin avtobusu qəza törədib.
27
10:13 / 29 Aprel 2025
Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlanıb
22
09:57 / 29 Aprel 2025
Qadın ərini xəstəxanalıq etdi
34
09:54 / 29 Aprel 2025
Pilləkəndən yıxılaraq ölüb
33
09:53 / 29 Aprel 2025
İcazəsiz Həccə gedənlər cəzalanacaq
48
09:35 / 29 Aprel 2025
Bu günün valyuta məzənnəsi açıqlanıb
64
09:27 / 29 Aprel 2025
Azərbaycanın əməkdar memarı vəfat etdi
31
09:10 / 29 Aprel 2025
Ərdoğan: İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz
67
09:06 / 29 Aprel 2025
“Dünyanı idarə edirəm, bu mənə çox əyləncəli gəlir” - Tramp
98
23:52 / 28 Aprel 2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
104
22:40 / 28 Aprel 2025
Xalq artisti yıxıldı, qolu sındı
186
22:33 / 28 Aprel 2025
Mayın 1-dən bu şəxslərin pensiyası ARTIRILACAQ
126
22:00 / 28 Aprel 2025
84 yaşlı həkim itkin düşdü
111
21:26 / 28 Aprel 2025
Faciəvi şəkildə ölən 25 yaşlı Orxanın FOTOsu
133
20:53 / 28 Aprel 2025
Reanimasiyadan çıxarılıb, palatada həkim nəzarətindədir
147
20:47 / 28 Aprel 2025
Rövşən Nəcəf idarə rəisini işdən çıxardı - FOTO
713
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.