Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-Kanada sərhədində güclü partlayış baş verib

ABŞ-Kanada sərhədində güclü partlayış baş verib

DÜNYA

406

22.11.2023, 23:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Niaqara şəlaləsi körpüsü güclü partlayışa görə bağlanıb.

 

Oxu24.com  xəbər  verir  ki,Bu barədə yerli administrasiya və FTB-nin məlumatlarına istinadən ABC News məlumat yayıb.

 

Niaqara şəlaləsinin meriyasının məlumatına görə, avtomobilin iştirakı ilə bir növ insident baş verib. Hazırda hadisə yerində tüstü görünür, sərhəd-keçid məntəqəsi ərazisində dağıntılar qeydə alınıb.

 

Materialda körpünün Amerika hissəsində güclü partlayışın baş verdiyi göstərilir.

 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

 

Fevral ayında ABŞ-da bir ana beş yaşlı oğlu ilə hasarın üstündən dırmaşaraq Niaqara şəlaləsindən aşağı atılıb. Uşaq yıxıldıqdan sonra sağ qalıb. Xilasedicilər aşağı enərək buzun üzərində yeriyərək onu dərədən çıxara biliblər, bundan sonra uşaq helikopterlə xəstəxanaya çatdırılıb.

Bundan əvvəl ABŞ-da anomal hava şəraiti səbəbindən Niaqara şəlaləsi qismən donmuşdu.

 

Müəllif:Afət