Qaynar xətt:

(+99450) 247 90 86

Üç yaşlı uşaq anasının silahı ilə kiçik qardaşını güllələyib

Üç yaşlı uşaq anasının silahı ilə kiçik qardaşını güllələyib

DÜNYA

1156

20.11.2023, 22:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İndiana ştatında uşaq anasının çantasında tapança taparaq iki yaşlı qardaşını güllələyib, uşağı xilas etmək mümkün olmayıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə NBC məlumat yayıb.

 

Leyk qraflığında polis şəxsi evdə 3 yaşlı uşağın anasının çantasından tapançanı götürərək 2 yaşlı qardaşına tuşladığı və tətiyi çəkdiyi faciəli hadisəni araşdırır.

 

Yaralı xəstəxanaya yerləşdirilib, həkimlər uşağın həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.

Ananın dediyinə görə, hadisə o, yataq otağından bir neçə dəqiqə çıxıb, pul kisəsini çarpayının üzərinə qoyarkən baş verib.

Bundan əvvəl Krımda uşaq atası tərəfindən nəzarətsiz qalıb və özünü gözünə güllələyib.

 

Müəllif: Afət