İranda dolların məzənnəsi rekord həddə çatdı
29 Noyabr 2026, 19:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
513
19.11.2023, 23:19
Bu yaxınlarda aparılan bir araşdırma alkoqol istehlakının ən çox olduğu ilk 5 ölkəni müəyyənləşdirib.
OXU24.COM bildirir ki, bu, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) apardığı iri tədqiqatın nəticələrindən məlum olub.
Spirtli içkilərə olan maraqda Danimarka liderdir, ondan sonra Rumıniya, Böyük Britaniya, Lüksemburq və Almaniya gəlir. Bu ölkələr böyüklərin 30 faizdən çoxunun ayda ən azı bir dəfə "ağır dozada" spirt içdiyini etiraf etməsi ilə fərqlənir.
Tədqiqatda qeyd edilir ki, sorğunun keçirildiyi 29 ölkədə orta hesabla hər beş böyüklərdən biri (19 faiz) ayda ən azı bir dəfə spirtli içki qəbul etdiyini etiraf edib. O da qeyd olunub ki, ən az spirtli içki qəbul edənlər Türkiyə kimi müsəlman ölkələrinin sakinləri arasında aşkar edilib ki, burada əhalinin cəmi 3 faizi belə vərdişlərə yol verib.
Alimlər qeyd ediblər ki, 2011-2021-ci illər arasında alkoqol istehlakı 23 ölkədə azalıb və ən böyük azalma Litva və İrlandiyada qeydə alınıb. Eyni zamanda, alkoqol istehlakı kateqoriyasında ən böyük artım Latviya, Meksika və Norveçdə qeydə alınıb.
Araşdırma nəticələrinə görə, kişilər qadınlara nisbətən daha çox spirtli içki qəbul edirlər: kişilərin 26 faizi "ağır doza" qəbul etdiyini etiraf edib, qadınlarda isə bu göstərici dünya üzrə 12 faiz olub.
Adambaşına orta spirt istehlakı ilə bağlı vəziyyətin də öz xüsusiyyətləri var. Liderlər Latviya, Litva, Çexiya, Bolqarıstan və Estoniyadır ki, burada adambaşına ildə orta hesabla təmiz spirt istehlakı 11-12 litr təşkil edir.
Bununla belə, bu tip statistika istehlak edilən alkoqolun ümumi həcmini artıran, lakin yekun hesablamalara daxil edilməyən turistlər tərəfindən potensial olaraq təhrif olunduğu üçün tənqid edilib.
Sağlamlığı qorumaq və xəstəliklərin qarşısını almaq üçün Ümumdünya Səhiyyə Təşkilatının alkoqol istehlakının səviyyəsi ilə bağlı tövsiyələrinə ciddi riayət edilməsi aktual məsələ olaraq qalır.
19:27 / 29 Noyabr 2026
12
19:13 / 29 Noyabr 2026
62
19:01 / 29 Noyabr 2026
74
18:58 / 29 Noyabr 2026
169
18:45 / 29 Noyabr 2026
88
18:29 / 29 Noyabr 2026
87
18:15 / 29 Noyabr 2026
117
15:24 / 29 Noyabr 2026
166
12:43 / 29 Noyabr 2026
384
12:03 / 29 Noyabr 2026
173
12:00 / 29 Noyabr 2026
204
11:33 / 29 Noyabr 2026
190
10:55 / 29 Noyabr 2026
210
10:25 / 29 Noyabr 2026
360
10:24 / 29 Noyabr 2026
754
10:00 / 29 Noyabr 2026
420
09:58 / 29 Noyabr 2026
209
09:54 / 29 Noyabr 2026
253
09:15 / 29 Noyabr 2026
208
01:31 / 29 Noyabr 2026
352
01:22 / 29 Noyabr 2026
325
00:11 / 29 Noyabr 2026
435
23:56 / 28 Noyabr 2026
817
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.