Qaynar xətt:

(+99450) 247 90 86

Polşada ukraynalıları daşıyan avtobus qəzaya uğrayıb

Polşada ukraynalıları daşıyan avtobus qəzaya uğrayıb

DÜNYA

415

19.11.2023, 22:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşada biri uşaq olmaqla üç Ukrayna vətəndaşı qəzanın qurbanı olub.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Polşa nəşri yazır.

 

Nəşrin məlumatına görə, qəza bazar günü saat 4:30 radələrində  Polşa-Ukrayna sərhədindən 5 km aralıda yerləşən Lyublin voyevodalığının Xrubiesov şəhəri yaxınlığında baş verib.

 

“Avtobus hələlik bəlli olmayan səbəbdən yolun kənarındakı ağaca çırpılıb”, - məlumatda deyilir.

 

Polşanın məlumatına görə, avtomobildə on Ukrayna vətəndaşı olub.

 

"Hadisə nəticəsində iki qadın və altı yaşlı uşaq ölüb", - məlumatda deyilir.

 

Bundan əvvəl Venesiyada avtobusun iştirakı ilə baş verən qəza zamanı 20-dən çox insanın öldüyü məlum olub.

 

Hadisə Mestre ətrafında baş verib. Yol boyu hərəkətdə olan “Actv” markalı avtobus naməlum səbəbdən hasardan keçərək, daha sonra təxminən 30 metr hündürlükdən aşıb. Daha sonra avtomobil yanıb.

 

Müəllif:Afət