İranda dolların məzənnəsi rekord həddə çatdı
29 Noyabr 2026, 19:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
537
18.11.2023, 23:19
Afrika və Yaxın Şərq ölkələrindən olan kiçik bir qrup qaçqın velosipedlə Finlandiya və Rusiya sərhədini keçməyə cəhd edib.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, Helsinkinin hərəkətləri ucbatından insanlar yeməksiz, susuz, isti paltarsız soyuqda qalırlar.
Somali və Suriyadan olan qaçqınlar Rusiya Federasiyası ilə Finlandiya sərhədində tonqallar yandırıblar.
REN TV-nin əldə etdiyi videoda qaçqınların sərhədi keçmək üçün istifadə etdikləri velosipedlər əks olunub.
İnsanlar qarlı və asfalt yolda oturaraq Finlandiya sərhədçiləri ilə danışıqlar aparmağa çalışırlar.
Xatırladaq ki, noyabrın 14-də Finlandiya Daxili İşlər Nazirliyinin Rusiya sərhədində nəzarət-buraxılış məntəqələrinin fəaliyyətini məhdudlaşdırmaq niyyəti barədə məlumat yayılmışdı.
Departamentin rəhbəri Mari Rantanen bu qərarı Suriya, Somali və Yəməndən olan qaçqınların guya “böyük axını” ilə izah edib.
Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Helsinkidən gələn bu cür ittihamları dezinformasiya adlandırıb və onların heç bir əsası olmadığını vurğulayıb.
Noyabrın 16-da Finlandiya Rusiya sərhədindəki dörd keçid məntəqəsini bağlamaq qərarına gəlib: Vaalimaa (Torfyanovka), Nuijamaa (Brusniçnoe), Leninqrad vilayətində İmatra (Svetoqorsk) və Kareliyada Niirala (Vyartsilya). Məhdudiyyətlər noyabrın 18-də gecə yarısı qüvvəyə minib.
Müəllif:Afət
19:50 / 29 Noyabr 2026
1
19:27 / 29 Noyabr 2026
68
19:13 / 29 Noyabr 2026
92
19:01 / 29 Noyabr 2026
87
18:58 / 29 Noyabr 2026
220
18:45 / 29 Noyabr 2026
99
18:29 / 29 Noyabr 2026
98
18:15 / 29 Noyabr 2026
122
15:24 / 29 Noyabr 2026
172
12:43 / 29 Noyabr 2026
391
12:03 / 29 Noyabr 2026
175
12:00 / 29 Noyabr 2026
206
11:33 / 29 Noyabr 2026
192
10:55 / 29 Noyabr 2026
228
10:25 / 29 Noyabr 2026
374
10:24 / 29 Noyabr 2026
773
10:00 / 29 Noyabr 2026
429
09:58 / 29 Noyabr 2026
213
09:54 / 29 Noyabr 2026
255
09:15 / 29 Noyabr 2026
210
01:31 / 29 Noyabr 2026
354
01:22 / 29 Noyabr 2026
329
00:11 / 29 Noyabr 2026
437
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.