Qaynar xətt:

(+99450) 247 90 86

Peskov: Putinin Qərbin mümkün təxribatı barədə məlumatı var

Peskov: Putinin Qərbin mümkün təxribatı barədə məlumatı var

DÜNYA

384

18.11.2023, 20:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya prezidenti Vladimir Putin Qərbin mümkün təxribatı ilə bağlı müəyyən məlumatlara malikdir, ona görə də o, bu haqda nədənsə danışır, bunun da səbəbi var.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

 

O qeyd edib ki, Qərbdən Rusiyaya yeni təzyiq cəhdlərini istisna etmək olmaz.

 

Peskov jurnalist Pavel Zarubinlə söhbətində "Prezident bunu bir səbəbdən deyir",-deyə o bildirib.

 

Kreml nümayəndəsinin fikrincə, maksimum soyuqqanlılığı qorumaq lazımdır, çünki Qərb dövlətləri Rusiya Federasiyasına təzyiq göstərmək üçün müxtəlif variantları axtarmaqda davam edir.

 

Daha əvvəl Peskov bildirmişdi ki, Qərb ona görə əziyyət çəkir ki, anti-Rusiya sanksiyaları lazım olduğu kimi işləmir.

 

Onun fikrincə, Rusiya Qərbin gözlədiyi “əziyyət” əvəzinə, əksinə, sanksiyalardan faydalanmağı öyrənib.

 

Müəllif:Nigar