Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb
27 Sentyabr 2026, 10:16
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
392
18.11.2023, 19:39
ABŞ-da itlərin tənəffüs sisteminə təsir edən mənşəyi məlum olmayan xəstəlik epidemiyası baş verib. İnfeksiyanın simptomlarına öskürək, asqırma, gözdən və burundan axıntı, zəiflik daxildir.
Oxu24.com xəbər verir ki,bu barədə Amerika Baytarlıq Tibb Assosiasiyasının (AVMA) saytında məlumat verilib.
Təşkilatın məlumatına görə, bu ilin avqust ayının ortalarından bəri təkcə Oreqon ştatında 200-dən çox yoluxma hadisəsi qeydə alınıb.
Xəstəlik demək olar ki, antibiotiklərlə müalicə olunmur və bəzi hallarda kəskin pnevmoniyaya səbəb olur ki, bu da tez ağırlaşır və cəmi 24-36 saat ərzində ölümcül nəticəyə səbəb olur.
Xəstəliklə qarşılaşan baytarların sözlərinə görə, xəstəliyin törədicini hələlik müəyyən etmək mümkün olmayıb.
Bunun virus ola biləcəyindən şübhələnirlər, lakin ümumi tənəffüs testlərinin nəticələri ya mənfi, ya da belə simptomlara səbəb ola bilməyən patogenlər müəyyən edilib.
Xəstəlik Kolorado, Nyu-Hempşir və Massaçusets ştatlarında da aşkarlanıb. Müəmmalı xəstəlik səbəbindən artıq neçə itin həyatını itirdiyi hələ dəqiq bilinmir.
İnfeksiyanın ev heyvanlarının sağlamlığı üçün ciddi nəticələrinə baxmayaraq, baytarlar it sahiblərini təlaşa düşməməyə və ev heyvanlarının müxtəlif respirator xəstəliklərə qarşı peyvənd olunmasını təmin etməyə, həmçinin onların digər itlərlə qarşılıqlı əlaqəsini məhdudlaşdırmağa çağırır.
Müəllif:Afət
11:35 / 27 Sentyabr 2026
27
11:30 / 27 Sentyabr 2026
13
11:28 / 27 Sentyabr 2026
27
11:04 / 27 Sentyabr 2026
252
11:00 / 27 Sentyabr 2026
79
11:00 / 27 Sentyabr 2026
42
10:50 / 27 Sentyabr 2026
116
10:40 / 27 Sentyabr 2026
48
10:37 / 27 Sentyabr 2026
54
10:33 / 27 Sentyabr 2026
103
10:30 / 27 Sentyabr 2026
49
10:16 / 27 Sentyabr 2026
50
10:10 / 27 Sentyabr 2026
63
10:00 / 27 Sentyabr 2026
50
09:50 / 27 Sentyabr 2026
63
09:49 / 27 Sentyabr 2026
54
09:46 / 27 Sentyabr 2026
399
09:31 / 27 Sentyabr 2026
53
09:19 / 27 Sentyabr 2026
67
09:14 / 27 Sentyabr 2026
93
09:09 / 27 Sentyabr 2026
59
08:36 / 27 Sentyabr 2026
75
08:21 / 27 Sentyabr 2026
1142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.