Qaynar xətt:

(+99450) 247 90 86

Mi-8 helikopteri partladı: Ölənlər var

Mi-8 helikopteri partladı: Ölənlər var

DÜNYA

639

17.11.2023, 22:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Özbəkistanın Hava Hücumundan Müdafiə Qüvvələri və Hərbi Hava Qüvvələri komandanlığına məxsus Mi-8 helikopteri noyabrın 17-də saat 20:15-də Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

İlkin məlumatlara görə, faciə nəticəsində helikopterin heyəti həlak olub.

 

Hadisə yerində qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya işləyir.

 

Qeyd edək ki, Kattakurqan poliqonu Özbəkistanda 2019-cu ilin noyabrında açılmış ən böyük hərbi poliqondur.

 

Müəllif: Miri