Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan:"İndi İsrailin nüvə silahı varmı?"

Ərdoğan:\\\"İndi İsrailin nüvə silahı varmı?\\\"

DÜNYA

407

17.11.2023, 21:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin nüvə silahına malik olduğunu, lakin bunu etiraf etmədiyini bildirib.

 

Oxu24.com xəbər  verir  ki,Ərdoğan bu  sözləri Berlində Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında bildirib.

 

“İndi İsrailin nüvə silahı varmı? Bəli, amma İsraildən soruşsan, bəli deməyəcəklər. Çünki yalandan çox yaxşı istifadə edirlər”-deyə Türkiyə lideri bildirib.

 

Bundan əvvəl Ərdoğan İsraili “terrorçu dövlət” adlandırmışdı. O, Türkiyə parlamentində çıxışı zamanı bildirib ki, İsrail Qəzzanı terror edir və ona görə də belə adlandırılmağa layiqdir.

 

Türkiyə lideri həmçinin bildirib ki, Qərb ölkələri Fələstin HƏMAS hərəkatı ilə sülh danışıqları aparmaq üçün İsrailə təsir göstərməlidir.

O əlavə edib ki, ona siyasi partiya kimi baxır.

Ərdoğan daha əvvəl İsraili beynəlxalq məhkəmələrdə qınamağa söz verib.

 

Müəllif:Afət