Qaynar xətt:

(+99450) 247 90 86

İsrail ordusu girov götürülən israillinin cəsədini tapıb

İsrail ordusu girov götürülən israillinin cəsədini tapıb

DÜNYA

412

16.11.2023, 22:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail ordusu Əl-Şifa xəstəxanasının yaxınlığındakı binada bir israilli girovun cəsədinin tapıldığını bildirir.

 

O, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı oğurlanıb.

 

Oxu24.com xəbər  verir  ki,Bu barədə ordu qrupunun mətbuat xidməti məlumat yayıb.

 

İsrail ordusunun verdiyi açıqlamaya görə, İsrail ordusu qüvvələri Qəzza zolağında Əl-Şifa xəstəxanasının yanındakı binada Yehudit Vaysın cəsədini aşkar edərək onu İsrailə gətiriblər.

 

Cəsədin tapıldığı həmin binada hərbi texnika, o cümlədən Kalaşnikov avtomatı və RPQ tapılıb.

 

Şəxsiyyətin müəyyən edilməsi prosedurundan sonra İDF və polis nümayəndələri oktyabrın 7-də Kibbutz Beeridəki evindən oğurlanan Judith Weiss-in ailəsinə ölümü barədə məlumat veriblər.

 

Müəllif:Nigar