Qaynar xətt:

(+99450) 247 90 86

90-dan çox Qazaxıstan vətəndaşı Qəzza zolağından Misir ərazisinə aparılıb

90-dan çox Qazaxıstan vətəndaşı Qəzza zolağından Misir ərazisinə aparılıb

DÜNYA

438

15.11.2023, 09:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəzza zolağından təxliyə edilən 92 Qazaxıstan vətəndaşından ibarət qrup Rəfah keçid məntəqəsi vasitəsilə Misir ərazisinə keçib.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

 

Qeyd olunur ki, bu, evakuasiyanın ilk mərhələsi olub.

 

Qazaxıstan vətəndaşlarına lazımi konsulluq, hüquqi və psixoloji yardım göstərilib.

 

"Sərhəddəki prosedurlardan sonra vətəndaşlarımız konvoyla Qahirəyə yola düşüb və yaxın vaxtlarda ora gələcəklər", - Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Departament qeyd edib ki, Qazaxıstan diplomatları İsrail, Misir, Fələstin və digər beynəlxalq təşkilatların səlahiyyətli orqanları ilə Qazaxıstanın qalan vətəndaşlarının Qəzza zolağından təxliyəsi üçün işi davam etdirəcəklər.

 

Xarici İşlər Nazirliyi əmin edib ki, Qazaxıstanın bütün vətəndaşları Fələstin anklavından Qahirəyə çatdırıldıqdan sonra respublika hökuməti ora təxliyə təyyarəsi göndərəcək.

 

Bir gün əvvəl məlum olmuşdu ki, Rusiya vətəndaşlarının 40 nəfərdən ibarət üçüncü qrupu Qəzza zolağını tərk edib.

 

Üstəlik, noyabrın 15-nə keçən gecə anklavdan təxliyə edilən rusların ikinci qrupu Moskvaya gəlib.

 

Müəllif:Nigar